Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


11.03.2025  16:35 

Bu Mərkəz nazirin arvadına 120 min icarə haqqı ödəyir





A+  A-

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsi ləğv olunub.

Tender müsabiqəsinin ləğv edilmə səbəbi kimi “Dövlət Satınalmaları Haqqında” Qanunun 36.1.1.-ci maddəsi göstərilib.

Qanunun qeyd olunan maddəsində göstərilir ki, müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda müsabiqə ləğv olunur.

Qeyd edək ki, tenderin keçirilməsində məqsəd ofis daxilində inzibati və təsərrüfat işlərinin görülməsi olub.



Məlumat üçün onu da bildirək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yerləşdiyi ofis fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşına məxsusdur. Nazirin həyat yoldaşı ofisin icarəsinə görə Multikulturalizm Mərkəzindən ötən il üçün 120 min manat alıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi paytaxtın mərkəzi küçələrindən hesab olunan Mikayıl Useynov prospektində (Səbail rayonu) yerləşən tarixi binaların birində fəaliyyət göstərir./yeniavaz.com

Xəbər 2145 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +