Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


03.11.2022  16:39 

Jurnalist “Yeni Azərbaycan” qəzetini məhkəməyə verib





A+  A-

Bu gün tanınmış jurnalist Qaşqay Ziyəddinoğlunun (Qaşqay Ziyəddin oğlu Ramazanov) Yeni Azərbaycan Partiyasının (YAP) təsisçisi olduğu “Yeni Azərbaycan” qəzetinə qarşı məhkəmə iddiası əsasında Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın sədrliyi ilə hazırlıq iclası keçirilib.

XəzərNews.az xəbər verir ki, Qaşqay Ziyəddinoğlunun mediaya açıqlamasında qeyd olunur ki, məhkəmə iddiası jurnalistin qanunsuz olaraq işdən azad edilməsinə görə qaldırılıb və iddiaçı cavabdeh tərəfdən işə bərpa olunmasını, məcburi işburaxma dövrü üçün əməkhaqqının tam şəkildə ödənilməsini, habelə son 10 ay ərzində peşəkar fəaliyyətinə maneçilik törədildiyinə, işgüzar nüfuzuna xələl gətirildiyinə görə əlavə təzminat tələb edir.
Qeyd edək ki, Qaşqay Ziyəddinoğlunun “Yeni Azərbaycan” qəzetinə qarşı iddiası əsasında məhkəmə prosesinin növbəti iclası 10 noyabr 2022-ci il tarixində təyin olunub.

Xəbər 995 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +