Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


10.06.2022  18:22 

Təhsil Nazirliyində qanun pozuntusu - Baş Prokurorluğa müraciət olundu





A+  A-

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Təhsil Nazirliyinin təqdim etdiyi sənədlər əsasında Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində dövlət satınalmaları sənədlərinin saxtalaşdırılması ilə əlaqədar Baş Prokurorluğa müraciət ünvanlayıb.

XəzərNewa.az Xidmətə istinadən xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti adından hazırlanmış və Təhsil Nazirliyinin tabeliyində olan qurumları üçün bir mənbədən satınalma metodunu tətbiq etməklə həyata keçirilməsini, həmçinin müsabiqələr nəticəsində müqavilələrin bağlanılmasını nəzərdə tutan 25-dən çox saxta məktub Təhsil Nazirliyi tərəfindən Dövlət Xidmətinə təqdim edilib.

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri tərəfindən saxta sənədlərin hazırlanması əməllərində cinayət tərkibi əlamətlərinin olduğunu nəzərə alaraq Dövlət Xidməti məsələnin araşdırılması və hüquqi qiymətin verilməsi məqsədilə Baş Prokurorluğa müraciət edib.

Xəbər 1978 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +