Gecə klubunun damı uçdu: Xeyli ölü və yaralı var
Orduya çağırılanlar necə yarasız edilir?
Azyaşlıya qarşı cinsi zorakılıq: 4 nəfər həbs edildi
Seymur Verdizadə təltif olundu
FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama


10.02.2020  13:21 

“Mən mandatdan imtina etməyəcəm” - Erkin Qədirli





A+  A-

Parlament seçkilərində 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd və hazırda lider olan “REAL”çı Erkin Qədirli mətbuat konfransı keçirib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, E.Qədirli bildirib ki, 16 saylı dairədə seçki səliqəli keçib: “Bütün məntəqələri gəzdik, seçki yaxşı keçdi, inzibati müdaxilə, karusel olmadı. Qutuya topa bülleten atılma halı olmadı”.

E. Qədirli iddia edib ki, 5 məntəqədə bir sıra problem çıxıb: “Protokolları vermək istəmirdilər. Cəmi 4 məntəqədə mən uduzmuşam. Seçicilərin sayı elan olunanlardan az idi.

İki məntəqədə mən cəmi 19 səslə qalib gəlmişəm, o məntəqəyə 49 seçici gəlib. Orada protokolu bizə vermək istəmirdilər. Biz udmuşuq, lakin mənə yığdığımız səsdən daha artıq yazıblar”.

E. Qədirli əlavə edib ki, yazılan artıq səsdən MSK-ya şikayət ediləcək:

“Dairədə rəqəmlərdə şişirtmələr olub. Mənə qazandığımdan da artıq səs yazıblar. Amma bu şişirdilmiş rəqəmləri hesablamasaq belə, mən yenə də qalib gəlmişəm. Lakin müşahidəçilərimizdən qeydlər götürmüşəm, mənə artıq səslərin yazılması ilə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət edəcəyəm. Bizim dairəmizdə 5 məntəqənin nəticələrinin ləğv edilməsini istəyəcəyik.

Mən deputat mandatından imtina etmək məsələsi ilə bağlı İlqar Məmmədovla və digər dostlarla, müşahidəçilərlə məsləhətləşdim. Bugünə kimi çox vəzifələrdən imtina etmişəm. Amma bu dəfə halal səsimlə qalib gəlmişəm, buna görə də mandatdan imtina etməyəcəyəm. Mən parlamentə gedirəm”.

Erkin Qədirli qeyd edib ki, hakimiyyət onu parlamentdə görmək istəyir:

“Bəlkə də buna görə həmin dairədən güclü namizəd irəli çıxarmadılar. Amma mən heç bir pərdəarxası görüşdə, anlaşmada iştirak etməmişəm”.

Xəbər 1971 dəfə oxunub.




09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +