Gecə klubunun damı uçdu: Xeyli ölü və yaralı var
Orduya çağırılanlar necə yarasız edilir?
Azyaşlıya qarşı cinsi zorakılıq: 4 nəfər həbs edildi
Seymur Verdizadə təltif olundu
FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama


28.11.2017  11:38 

“3 böyük dövlət kiçik Ermənistana təzyiq göstərmir”





A+  A-

"Dağlıq Qarabağ probleminin həlli mümkündür. Bu problemi həll etməkdən ötrü Minsk Qrupunun təmsilçiləri - Rusiya, ABŞ və Fransa öz mövqelərini qəti bildirməlidirlər".
XəzərNews.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov “Bloomberg TV Bulgaria” televiziya kanalına müsahibəsində deyib.

“İşğalçı Azərbaycan torpağından qoşunlarını çıxarmalıdır. Lakin Azərbaycan xalqı narazıdır ki, 3 böyük dövlət - Rusiya, ABŞ və Fransa kiçik Ermənistana təzyiq göstərmir", - deyə Yaqub Mahmudov qeyd edib.

Deputat bildirib:

“Azərbaycanın Avropa siyasətində Bolqarıstan mühüm yer tutur. Biz Azərbaycanda Bolqarıstana Avropaya açılan qapı kimi baxırıq. Bizim enerji siyasətimizdə Bolqarıstanın mühüm yeri var. Yaxın zamanlarda Azərbaycanın karbohidrogen və qaz ehtiyatlarından Bolqarıstana böyük pay düşəcək. Bakı-Tbilisi-Qars dəmiryolunun açılması bizim Bolqarıstanla da iqtisadi əlaqələrimizə çox müsbət təsir göstərəcək”.

Xəbər 2146 dəfə oxunub.




09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +