Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


25.02.2017  12:07 

Millimizin üzvü olan avtobusa hücum - Yaralılar var





A+  A-

Millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” klubunun uğursuz çıxışı azarkeşlərin səbr kasasını doldurub.
XəzərNews.az xəbər verir ki, Superliqanın XXII turunda səfərdə "Kasımpaşa"ya məğlubiyyət (4-0) azarkeşlərin böyük etirazına səbəb olub.

Belə ki, azarkeşlər oyundan sonra Bursaya qayıdan komandanın avtobusuna hücum ediblər. Hadisə Osmanqazi körpüsünün yaxınlığında baş verib. Avtobusun dayandığını görən bir azarkeş əlndə olan bıçaq və dəyənəklərlə hücuma keçiblər. Onlar avtobusun içərisinə daxil olmağa və futboluların üzərinə hücum etməyə imkan tapıblar.

Yayılan məlumatlara görə, hücum nəticəsində bir neçə futbolçu ciddi xəsarətlər alıb. Ən çox ciddi zərbə alan isə qapıçı Harun Təkin olub. Onun sifətində xəsarətin izləri qalıb.

Baş verən hadisələri klub rəsmisi Ali Ademoğlu da təsdiqləyib: “Təəssüf ki, yazılanlar doğrudur. Azarkeşlər qapıçımız Harun Təkinə ciddi xəsarətlər yetiriblər. Təkin xəstəxanaya yerlşdirilib və ilkin tibbi yardımı alıb. Azarkeşlərimizin bu hərəkətinə klub və rəhbərlik olaraq çox üzüldük”.

Qeyd edək ki, millimizin üzvü cəzalı Dəniz Yılmaz olduğu üçün matçda iştirak etməsə də, komandaya dəstək olmaq üçün səfərə aparılmışdı.

Xəbər 4160 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +