Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü
Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı
Ukrayna PUA-ları Stavropolda kəşfiyyat obyektini vurdu
Məzahir Pənahov oğluna Los - Ancelesdə milyonluq villa alıb - Foto


26.03.2022  10:48 

İlham Əliyev Şarl Mişeli təbrik etdi





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə təbrik məktubu ünvanlayıb.

XəzərNews.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Mişel,

Avropa İttifaqı Şurasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm.

Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər uğurla inkişaf edir. Ötən il Sizin Azərbaycana səfəriniz əsnasında apardığımız müzakirələri, Brüsseldə keçirdiyimiz görüşü məmnuniyyətlə xatırlayıram.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması və nəqliyyat-kommunikasiya bağlantılarının qurulması prosesinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirəm.

İşğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsinə xidmət edən humanitar layihələrə Avropa İttifaqının dəstək vermək niyyətini təqdir edirik.

Azərbaycan və Avropa İttifaqı arasında enerji, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə fəal dialoq mövcuddur.

Azərbaycan və Avropa İttifaqı arasında xüsusilə enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır və bu ilin fevral ayında Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının VIII toplantısı enerji sahəsində gələcək birgə fəaliyyətimiz üçün yeni imkanlar açmışdır.

Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar tezliklə başa çatdırılacaq və bu mühüm sənədin imzalanması ilə əməkdaşlığımız keyfiyyətcə daha yeni mərhələyə qədəm qoyacaqdır.

İnanıram ki, Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsi və əməkdaşlığımızın hərtərəfli inkişafı istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar arzulayıram".

Xəbər 2314 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +