Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü
Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı
Ukrayna PUA-ları Stavropolda kəşfiyyat obyektini vurdu
Məzahir Pənahov oğluna Los - Ancelesdə milyonluq villa alıb - Foto


25.12.2020  17:11 

SMS-icazə alıb rayonlara getmək istəyirlər! - DYP -dən xəbərdarlıq





A+  A-

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin hərəkət iştirakçılarına müraciət edib.
DYP-dən XəzərNews.az.a daxil olan müraciətdə deyilir:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən 14 dekabr 2020-ci il saat 00:00-dan etibarən Bakı-Quba yolunun 52-ci km-də, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də və Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən xüsusi karantin keçid postlarında nəzarət-profilaktiki tədbirlər davam etdirilir. Qeyd edilən postlardan müvafiq icazə olmadan keçməyə cəhd göstərən şəxslər müəyyən olunaraq nəqliyyat vasitələri ilə birlikdə geri qaytarılır və karantin rejimi qaydalarını pozan vətəndaşlar barəsində inzibati tənbeh tədbirləri tətbiq edilir.

Lakin yoxlamalar zamanı müşahidə olunur ki, bəzi vətəndaşlar SMS vasitəsi ilə icazə alıb və ya buraxılış üçün əsas verməyən sənədlərlə postlardan keçməyə, daimi qeydiyyatda olduqları şəhər və rayonun ərazisindən müxtəlif yollarla çıxmağa çalışırlar. Bununla da müvafiq icazəsi olan şəxslərin ləngimələrinə, uzun müddət növbələrdə qalmalarına səbəb olur və onlara maneçilik törədirlər. İcazəsi olmayan şəxslər karantin postlarından buraxılmayacaqlarını nəzərə alıb, uzun məsafə qət edərək postlara gəlməklə həm vaxt itkisinə yol verməsinlər, həm də əlavə əziyyət çəkməsinlər.

Bir daha vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin həyat və sağlamlığının qorunmasına xidmət edir. Ümid edirik ki, hər bir hərəkət iştirakçısı şəxsi məsuliyyətini artırmaqla, sərtləşdirilmiş karantin rejimi qaydalarına ciddi riayət etməklə bu qorxunc virusun geniş yayılmasının qarşısının alınmasında öz səylərini əsirgəməyəcək”.

Xəbər 3028 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +