Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü
Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı
Ukrayna PUA-ları Stavropolda kəşfiyyat obyektini vurdu
Məzahir Pənahov oğluna Los - Ancelesdə milyonluq villa alıb - Foto


16.08.2018  10:16 

Füzulidə yas mərasimləri belə keçirilir - Fotolar





A+  A-

2014-cü ilin avqust ayından Füzuli rayonu ərazisində yas mərasimləri, ehsan süfrələri təmtəraqdan uzaq, islami qaydalara uyğun, sadə və israfsız keçirilir.
XəzərNews.az bildirir ki, rayonda ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılır. Yas mərasimlərində israfçılığın qarşısının alınması, ehsan süfrələrinin sadə, islami qaydalara uyğun keçirilməsi rayon ictimaiyyəti tərəfindən də müsbət qarşılanır. Əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 6-8 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 600-800 manatla yola vermək olur. Ehsan məclislərinin təmtəraqdan uzaq, israf etmədən keçirilməsi sadə vətəndaşları maddi cəhətdən də rahatladır.
Rayonun axundu Nəriman Nəsirov deyir ki, 2014-cü ildən hal-hazıra kimi rayonun ərazisində 1000-ə yaxın yas mərasimi olub ki, həmin mərasimlərdə ehsan süfrələri sadə, israfçılıqdan uzaq islami qaydalara uyğun keçirilib. Nəticədə orta hesabla rayonda 6 milyon manatdan artıq vəsaitə qənaət olunub ki, həmin vəsaiti vətəndaşlar digər sosial problemlərinə sərf ediblər.
Rayon sakinləri bildirirlər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi ilə onlara əvvəlki kimi maddi zərər vurmur, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini yola verir, həm də mərhumun dəfn oluması, qəbrüstü abidəsinin düzəldilməsi və qəbrin götürülməsi kimi işlərini də yerinə yetirirlər.
Füzuli rayonunda ehsan süfrələrinin sadə, islami qaydalara uyğun, israfçılıqdan kənar keçirilməsi isə ərazidə aparılan dini maarifləndirmə işləri və bu məsələ ilə bağlı dini hökmlərin tələblərinin əhaliyə düzgün izah olunması ilə mümkün olmuşdur. Bu məsələdə xüsusilə rayonun din xadimləri, ağsaqqallar və ziyalılar insanları dini yöndən maarifləndirir, əhali arasında dini təbliğat işləri aparırlar. İnsanlarda artıq yas mərasimlərinin məhz bu cür israfçılıqdan kənar, sadə islami qaydalara uyğun keçirilməsinin ictimai və sosial sifariş olması qənaəti formalaşıb. Yas mərasimlərinin keçirilməsi ilə bağlı heç kimə təzyiq də edilmir, bu məsələdə yalnız İslamın tələbləri insanlara izah olunur.






Xəbər 2019 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +