Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü
Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı
Ukrayna PUA-ları Stavropolda kəşfiyyat obyektini vurdu
Məzahir Pənahov oğluna Los - Ancelesdə milyonluq villa alıb - Foto


12.07.2018  18:26 

“İdeal”dan vaxtı keçmiş məhsullara saxta endirim - Fotofakt





A+  A-

Şəhərimizdə barmaqla sayılacaq qədər böyük kosmetika satılan mağazalar var. Hər dəfə əlamətdar günlər olanda bu mağazalardan müxtəlif endirim təklifləri ilə bağlı mesajlar alırıq. Heç nəyi düşünmədən mağazaya yollanıb, kosmetik vasitələrin endirimindən yararlanmağa çalışırıq. Amma aldığımız məhsulun keyfiyyətinə, istifadə müddətinə heç baxmırıq. Dəfələrlə parfumeriya mağazalarından aldığı məhsula görə şikayət edən müştərilər olub. Kimi aldığı bahalı ətirin keyfiyyətinin olmadığını, kimi də məhsulun iyinin qalmadığını bildirib.
XəzərNews.az xəbər verir ki, Axşam.az-a şikayət məktubu yazan Rəna Kərimova adlı xanım da “İdeal” parfumeriya mağazasının saxtakarlığından narazıçılıq edib.

R.Kərimova bildirib ki, 26 iyul Silahlı Qüvvələr günü münasibətilə mağazada bir neçə gün endirim olacağı haqda xəbər tutub. "Gənclik mall"da yerləşən "İdeal"a yollanan müştəri bədən üçün duş geli alıb. Evə gələndə isə onun istifadə müddətinin bitməsinə bir neçə gün qaldığını görüb.

“40 faiz endirim qoyulmuşdu. Dedim ki, eybi yox, istifadə edim. Amma bədənimə vuran kimi allergiya oldu, qızarıb qaşınmağa başladı. “İdeal”ın endirimə qoyduğu məhsullara diqqətlə baxılmalıdır. Vaxtının bitməyinə 5-6 gün qalmış məhsulları yığıb belə endirim edib, insanları aldadırlar. Başqa rəfiqəm də mənlə birlikdə məhsuldan almışdı. O, aparıb geri qaytarmaq istəyəndə isə belə bir xidmətlərinin olmadığını deyib, etiraz bildiriblər. Rəfiqəm göstərib ki, istifadə müddəti bir neçə günə bitir. Deyiblər ki, nə olsun, istifadə edin o vaxta kimi” deyə, müştəri sözlərinə əlavə edib.




Xəbər 1500 dəfə oxunub.



02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +