Gömrük Komitəsində nə baş verir?
Azərbaycan kişisinin ideal qadın obrazı bunlarmı?
Rusiyada qadını öldürüb Azərbaycana gəldilər
Döyülən uşağın məsələsi böyüyür...
Tramp ABŞ-dəki ukraynalıları deport edir
Ağ Ev onlarla ilə gizli əlaqə saxlayır
Tıxaca səbəb iftar imiş... - RƏSMİ
Reabilitasiya Mərkəzindəki yanğın söndürülüb - VİDEO
Döyülən gəncin valideyinləri nə tələb edir? - VİDEO
İcra başçısının oğlu 700 minlik tenderi necə udub?


09.10.2017  18:49 

Bakıda 95 yaşayış binası tikilir





A+  A-

"Bu ilin doqquz ayında ölkədə yol infrastrukturu ilə bağlı çox mühüm layihələr icra edilib”.
XəzərNews.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Ölkə başçısı vurğulayıb ki, bu layihələr bölgələrimizin turizm sektorunun inkişafına təkan verəcək. Gələn il daha çox kənd yolu inşa ediləcək. Bundan əlavə, bu il 150 min hektar torpağa suyun verilməsi nəzərdə tutulub. Gələn il 100 min hektara su verilməlidir ki, bu da kənd təsərrüfatının inkişafını təmin edəcək.

Prezident İlham Əliyev fermerlərin kənd təsərrüfatı texnikaları ilə təmin edilməsi istiqamətində də mühüm addımların atıldığını, bölgələrdə logistik mərkəzlərin tikildiyini, hazırda 400 hektardan çox sahədə yeni müasir istixana komplekslərinin salındığını bildirdi.

Bölgələrdə müasir sənaye zonalarının yaradıldığını da deyən dövlətimizin başçısı ölkəmizin ixrac potensialını təbliğ etmək üçün sərgilərdə, beynəlxalq tədbirlərdə fəal iştirak etməyin əhəmiyyətinə toxundu.

Prezident tikinti sektorunda canlanmanın olduğunu, hazırda paytaxtımızda 95 yaşayış binasının tikildiyini, yararsız vəziyyətdə olan binaların yerində müasir yaşayış komplekslərinin inşa olunduğunu deyib.

"ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı işlərin uğurla getdiyini deyən Prezident İlham Əliyev "ABAD mərkəz”lərin yaradılmasının əhəmiyyətinə də toxundu, turizm sahəsində sürətli inkişafın olduğunu bildirib.

Azərbaycanda ictimai-siyasi vəziyyətin və iqtisadi inkişafın bir çox ölkələr üçün nümunə olduğunu deyən dövlət başçısı bu ilin sonunadək və gələcək illərdə də ölkəmizin uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Xəbər 1928 dəfə oxunub.




06.03.2025  14:03 

Sabah hava isti olacaq

05.03.2025  23:10 

“Bir az əvvəl siz aldatdılar“


BÜTÜN XƏBƏRLƏR +