Almaniyanın keçmiş prezidenti öldü
Polis Bərdədə əməliyyat keçirdi: Saxlanılanlar VAR
Dondurucuda saxlanan oğlan necə ölüb?
Maliyyə Nazirliyində yarım milyonqluq təmizlik
Təhlükəsizlik Xidmətinin binasını partlatmaq istədi
Əhalinin banklara nə qədər kredit borcu var?
Ukrayna Ali Radası Ruben Vardanyanı cəzalandırmağa çağırdı
“TikTok“ dini ziyarətgaha aparmaq adıyla 13 nəfərin pulunu ələ keçirdi
Onlayn kredit almaq istəyənlərin NƏZƏRİNƏ
DYP-dən sürücülərə XƏBƏRDARLIQ


17.01.2025  22:51 

“Rabitəbank” müştərilərini niyə itirir?





A+  A-

“Rabitəbank”a pul yerləşdirən biznesmenlər hər 3 manatdan 1 manatını geri götürüb.

XəzərNews.az xəbər verir ki, “Rabitəbank”ın öhdəliklər cəmində cuzi artım olub. Belə ki, bank 1 il ərzində cəmi öhdəliklərini cəmi 9 milyon 401 min manat və ya 0.9 faiz artıraraq 1 milyard 31 milyon manata bərabərləşdirib.

Bankın depozit portfeli 1 il ərzində 76 milyon 605 min manat və ya 10.2 faiz azalaraq 677 milyon 219 min manata enib. Bunun əsas səbəbi “Rabitəbank”ın biznes müştəriləini itirməsidir. Belə ki, hüquqi şəxslərin depozitləri 1 il ərzində 93 milyon 174 min manat və ya 30.2 faiz azalaraq 215 milyon 264 min manata düşüb. Fiziki şəxslərin əmanətlərinin 16 milyon 568 min manat artaraq 461 milyon 954 min manata yüksəlməsi bankın depozit portfelinin müsbətə doğru getməsinə vəsilə ola bilməyib.

Bu azalmanı qismən kompensasiya etmək istəyən bank kredit təşkilatları və digər maliyyə istitutlarından 57 milyon 417 min manat borc alıb. Ona görə də “Rabitəbank”ın sözügedən təşkilat və istitutlar qarşısındakı öhdəliyi 281 milyon 754 min manata yüksəlib.

Bundan başqa “Rabitəbank” borc qiymətli kağızlarını da yüksəldib. 2023-cü ildə 0 olan bu öhdəlik, 2024-cü ildə 8 551 min manata yüksəlib. Bu, bankın maliyyələşmə mənbələrini diversifikasiya etməyə çalışdığını göstərir.

Bunlarla da bitmir. “Rabitəbank” ötən ili borc üstünə borc gətirib. Bank subordinasiya borc öhdəliklərini 8 milyon 500 min manat artıraraq 14 milyon 450 min manata çatdırıb. Digər öhdəliklərini isə 12 milyon 674 min manat artıraraq 49 milyon 527 min manata yüksəldib./Kommersant.az

Xəbər 1983 dəfə oxunub.




01.02.2025  12:38 

Qusarda avtomobildə meyit TAPILIB


BÜTÜN XƏBƏRLƏR +