Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


27.09.2022  22:44 

"Qazimiz azadlığa çıxacaq" - Hikmət Cavad





A+  A-

"Bu gün Kiyev Apellyasiya Məhkəməsində Qarabağ qazisi Misir Qasımlının işində ilk qələbəmizi qazandıq".

XəzərNews.az xəbər verir ki, bunu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad bildirib.

Onun sözlərinə görə, Apellyasiya Məhkəməsi Obuxov şəhər Məhkəməsinin 18.05.2022 tarixli qərarını ləğv edib.

"Bu isə bizə Obuxov Məhkəməsində gələn aya təyin olunan proseslərdə böyük üstünkük verir. Ümid edirəm ki, oktyabr ayının sonunda Misirlə bağlı məhkəmə prosesi bizim xeyrimizə bitəcək və qazimiz azadlığa çıxacaq", - H.Cavad vurğulayıb.



Xatırladaq ki, Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı bir il bundan öncə həbs olunub.

O, Kiyevdə ərəbmənşəli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Qaziyə qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri irəli sürülsə də, sübut olunmur.

M.Qasımlı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Xəbər 1682 dəfə oxunub.




29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +