Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub


08.06.2018  12:09 

MTRŞ-dən Rövşanənin verilişinə reaksiya - “Şoudur, ola bilər”





A+  A-

“Şou verilişdir. Əlbəttə ki, belə halların kütləviliyinin tərəfdarı deyilik. Yayımçılar arasında reytinq yarışı belə kuryoz hadisələrin efirə verilməsinə və reytinq yığılmasına rəvac verir”.
XəzərNews.az bildirir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov “Sirdaş Rövşanə” də baş verən əlbəyaxa davaya münasibət bildirərkən deyib.

MTRŞ-nin nümayəndəsi bildirib ki, əsas məsuliyyət aparıcı Rövşanə Ağasəfqızına aiddir:“Burada gərginlik iştirakçılar arasında baş verib. Əsas məsuliyyət və tələblər aparıcıya aiddir. Əgər aparıcı da bu gərginlikdə tərəf olsaydı, məsələyə başqa cür qiymət verə bilərdik. Amma yenə də deyirəm, şoudu, müzakirə verilişidir. Müəyyən fikir ayrılıqları, mübahisələr, gərginliklər ola bilər.

Bu, xarici ölkə televiziyalarında da olur. Bəzən görürsən ki, iştirakçılar arasında gərginlik yaşanır, aparıcı və ya digər personal vəziyyəti nəzarət altına almaqda çətinlik çəkirlər. Lakin bütün bunlarla yanaşı, bütün yayımçılar, xüsusilə verilişlərin yaradıcı heyəti dəvət olunan iştirakçıların seçilməsində diqqətli olmalıdırlar. Ümumilikdə bu sektorda çalışan hər kəs milli efirimizin səviyyəsinin yüksəldilməsində maraqlı olmalıdır”.


Xəbər 2097 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +