Prezident konfrans iştirakçılarına müraciət etdi
Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib


28.04.2017  16:32 

Mühəndislik Universitetinə pedaqoji sahə üzrə qəbul dayandırılıb





A+  A-

Bu il Bakı Mühəndislik Universitetinə daha çox ölkədə tələbat duyulan mühəndislik ixtisasları üzrə qəbul aparılacaq.
XəzərNews.az-ın məlumatına görə, bunu Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov deyib.

Onun sözlərinə görə, həmin ixtisaslara istehsalat müəssisələrində daha çox tələbat var.

Rektor qəbul aparılacaq 13 belə ixtisasın olduğunu söyləyib:

“Hazırda logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ölkə üçün çox vacib sahədir. İnşaat profilli – memarlıq, inşaat mühəndisliyi, mexanika, maşın mühəndisliyi, istehsal proseslərinin avtomatlaşdırılması, sənaye mühəndisliyi, ekolgiya mühəndisliyi kimi yeni ixtisaslar da açılır”.

H.Məmmədov deyib ki, bununla yanaşı, hazırda universitetdə iqtisadi profilli 6 ixtisas üzrə təhsil davam etdiriləcək.

Pedaqoji ixtisaslara qəbul isə bu ildən dayandırılıb. Pedaqoji ixtisaslar üzrə hazırda təhsil alan tələbələr isə təhsillərini davam etdirəcəklər:

“Hələlik iqtisadi profilli olmayan müəllim heyəti 4 il bizimlə işlərini davam etdirəcək. Bizim universitetdə təhsil 4 illik, ingilis dilli təhsil isə 5 illikdir. Təbii ki, gələcəkdə mühəndislik ixtisası üçün xarici dil bilikli müəllimlərin biliyindən istifadə edəcəyik”.

H.Məmmədov əlavə edib ki, yeni ixtisasların tədris olunması üçün lazım olan kadrların cəlb olunması ilə bağlı Təhsil Nazirliyi ilə birgə iş aparılır.

Xəbər 1375 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +