Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


08.10.2021  20:15 

Elcan Hacıyev bürünc medal qazanıb





A+  A-

Azərbaycan idmançısı Elcan Hacıyev (81 kq) İtaliyanın Olbia şəhərində gənc cüdoçular arasında keçirilən Dünya çempionatında bürünc medal qazanıb.

XəzərNews xəbər verir ki, cüdoçumuz yarımfinaladək uğurla irəliləsə də, bu mərhələdə rusiyalı idmançı Adam Tseçoyevə məğlub olub. Bürünc medal uğrunda görüşdə rəqibi qazaxıstanlı Ayan Bayqaziyə ipponla qalib gələn E.Hacıyev dünya çempionatını üçüncü pillədə başa vurub.

Qeyd edək ki, bunadək komandamızın aktivində 1 medal var idi. Turnirin birinci günündə Turan Bayramov (60 kq) gümüş medal qazanmışdı.

Oktyabrın 10-dək davam edəcək yarışa 73 ölkədən 500-dən çox cüdoçu qatılıb.



Xəbər 1987 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +