“Şərurlu İsfəndiyar“ın oğlu külli miqdarda mənimsəməyə görə saxlanılıb
Fərid Əhmədov generalı özünə müşavir təyin edib
Şərurlu İsfəndiyarın oğlu həbs edilib
Putin Pasxa atəşkəsi elan etdi
Azərbaycanlı Almaniyada sevgilisini öldürdü
Mebel fabrikinin fəaliyyəti dayandırıldı - Cəlilabadda
Polis 88 min manatlıq dələduzluq edən şəxsləri saxladı
Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan


25.10.2017  15:54 

“Xaləddin İsgəndərovun qəbuluna düşmək istəsəm də...” - Şəhid atası





A+  A-

Bu gün redaksiyamıza şəhid atası Səfərov Məmmədəli Yusif oğlu şikayətlə müraciət edib.
Redaksiya əməkdaşları Məmmədəli Səfərovun şikayətini dinləyərkən qəflətən onun halı pisləşdi. Təcili tibbi yardım çağırmalı olduq. Qısa müddətdə redaksiyamıza gələn təcili tibbi yardım həkimləri Məmmədəli Səfərova ilkin tibbi yardım göstərdilər. Bir qədər vəziyyəti düzələn Məmmədəli Səfərov üzləşdiyi problemlerlə bağlı danışdı.
Məmmədəli Səfərov bildirdi ki, onun səhhətində ciddi problem yaranıb: “Xərçəng xəstəsiyəm. Boğazımda qırtlaq xərçəngi əmələ gəlib. Tibb Universitetinin Onkologiya Klinikasında müayinə zamanı bu xəstəlik aşkarlandı”.
Həkimlər xərçəng xəstəliyini müalicə etmək üçün kimyaterapiya olunmasını məsləhət görüblər. Lakin Məmmədəli Səfərov eyni zamanda vərəm xəstəsi olduğu üçün kimyaterapiya ilə müalicəsi mümkün deyil.
“Onkoloqlar mənə məsləhət gördülər ki, ilk növbədə vərəm xəstəliyi müalicə olunmalıdı. Mənim də müalicə olunmaq, dərmanlarımı almaq üçün maddi imkanım yoxdur. Mənə köməklik olunması üçün Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun qəbuluna düşmək istəsəm də, icra başçısı ilə görüşməyimə imkan vermirlər”.
Qeyd edək ki, Məmmədəli Səfərovun oğlu Mehman Səfərov 1992-ci ildə Ağdərənin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.
Xatırldaq ki, ölkə qanunvericiliyi yerli icra hakimiyyəti orqanlarının şəhid ailələrinə tibbi və sosial xidmət göstərməyi nəzərdə tutur. Şəhid atasını icra başçısının qəbuluna buraxmamaq nə qanunvericiliyə, nə də normal qaydalara sığır.
Səhhətində bu qədər dəhşətli problem yaranan şəhid atasını bir xəstəxanaya yerləşdirmək, onun müalicəsini təşkil etmək, zənnimizcə, çətin məsələ deyil.
Azacıq humanist olub şəhid atasına yardım etmək icra başçısının şənindən heç nəyi əksiltməyəcək, əksinə icra başçısı vəzifəsininin bir qismini yerinə yetirmiş olacaq.
Avropa.info şəhid atasının üzləşdiyi problemlə bağlı Binəqədi İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazır olduğunu bildirir.

(avropa.info)

Xəbər 3697 dəfə oxunub.




19.04.2025  19:24 

Putin Pasxa atəşkəsi elan etdi

19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +