Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


11.02.2025  15:23 

Eriteriyada girov götürülən gəmilərimizdən nə xəbər var?





A+  A-

Azərbaycanın Eritreyada saxlanılan üç gəmisinin heyət üzvləri ilə vaxtaşırı əlaqə saxlanılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq "Caspian Marine Services B.V." şirkətindən məlumat verilib.

Bildirilib ki, heyət üzvləri qida ilə təmin olunur, onlar ailə üzvləri ilə əlaqə saxlayırlar.

"Onların sağlamlıqları qaydasındadır",
- deyə şirkətdən bildirilib.

Eyni zamanda, Xarici İşlər Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı bir yenilik yoxdur:

"Danışıqlar hələ davam edir".

Xatırladaq ki, 2024-cü il noyabrın 7-də "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən "CMS Pəhləvan", "CMS İgid" və "CMS-3" gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib. Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq gəmilər saxlanılıb.

Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaşları olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.

Xəbər 3033 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +