Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


21.04.2018  21:39 

Azərbaycan döyüşçüsü dünya kəmərinə sahib oldu





A+  A-

“Qəbələ” idman klubunun təmsilçisi Pərviz Abdullayev növbəti titulunu qazanıb.
XəzərNews.az xəbər verir ki, “Kobra” ləqəbi ilə tanınan idmançı “ACB KB”nin dünya kəmərinə yiyələnib.

77 kiloqram çəki dərəcəsində çıxış edən kikboksçumuz bu uğura Moskvada keçirilən “ACB KB 15” turnirində imza atıb. Döyüşçümüzün kəmər uğrunda qarşılaşmadakı rəqibi çeçen əsilli Rusiya idmançısı İslam Baybatırov olub. P.Abdullayev döyüşün 3-cü raundunda nokautla qalib gələrək dünya kəmərini qazanıb.

Bu qarşılaşma Pərviz Abdullayevin peşəkar karyerasındakı 54-cü döyüşü olub. İdmançımız 23-ü nokautla olmaqla, 47 qələbə qazanıb.

Xəbər 1900 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +