Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


21.04.2018  18:43 

“Mançester Siti” Əliyar Ağayevdən narazıdır





A+  A-

“Hakimin qərarı məni çox təəccübləndirdi. Qırmızı vərəqə mənim üçün anlaşılmaz idi”.
XəzərNews.az xəbər verir ki, bu sözləri İngiltərənin "Mançester Siti" klubunun 19 yaşlılardan ibarət komandasının baş məşqçisi Saymon Devis deyib.

"Şəhərlilər" UEFA Gənclər Liqasının yarımfinal mərhələsində "Barselona" ilə qarşılaşıb və məğlub olub - 4:5. Oyunu idarə edən azərbaycanlı FİFA referisi Əliyar Ağayev görüşün 36-cı dəqiqəsində İngiltərə klubunun üzvü Lorenso Qonzalesə qırmızı vərəqə göstərib.

Həmin epizod barədə danışan mütəxəssis hakimin qərarına münasibət bildirib: "Biz həmin epizodun təkrarına baxdıq. Top bizim futbolçumuzda idi və rəqib Lorensoya müdaxilə edirdi. Həmin epzioddan qırmızı vərəqədən söhbət gedə bilməzdi. Hakimin bu qərarı mənim üçün anlaşılmaz oldu".

Qeyd edək ki, "Mançester Siti" - "Barselona" matçında Əliyar Ağayevin köməkçiləri Zeynal Zeynalov və Akif Əmirli olub. Dördüncü hakim funksiyasını Sandro Scharer (İsveçrə) yerinə yetirib.

Xəbər 1938 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +