Mehriban Ələkbərzadə: Mən ev vermirəm...
Boş sənsən, Erkin Hüseynov!
Üç yaşlı Timofey ölüb
Sahibkar Bakıda: Yağımız da xaricdən gəlir
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Foto
Saleh Məmmədov yola salınır?
Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi
Seyran Məmmədova yeni vəzifə verilib
Faktiki hava açıqlandı - Duman var


19.02.2021  12:34 

Prokurorun xitam verdiyi iş yenidən icraata göndərildi





A+  A-

Ötən ilin fevral ayında törətdiyi oğurluğa görə polisin həbs etdiyi Rəşad Məmmədovu prokuror azadlığa buraxıb.
XəzərNews.az-ın məlumatına görə, Vətəndaş İsfəndiyar Şükürov “Qafqazinfo”ya müraciətində bildirib ki, ötən il fevralın 6-da Binəqədi rayonunda yerləşən bağ evinə girən şəxs onu hədələyərək evdəki əşyaları götürüb aparıb. Mart ayında Bakı polisi cinayəti törədənin Rəşad Məmmədov olduğunu müəyyən edib və həmin şəxs saxlanılaraq həbs edilib. Bundan sonra Binəqədi polisi cinayət işi üzrə istintaqı davam etdirib.

Zərərçəkmişin sözlərinə görə, istintaq zamanı Rəşad Məmmədov törətdiyi əməlləri etiraf edib. Lakin iş yekunlaşdıqda sübutlarla birgə Binəqədi rayon prokurorluğuna göndərilib. Rayon prokuroru Nazim İmanov cinayət işinə xitam verərək təqsirləndirilən Rəşad Məmmədovu azadlığa buraxıb.

Zərərçəkən İsfəndiyar Şükürov bildirir ki, bununla bağlı 2020-ci ilin sonunda qərar verilsə də, ona məlumat verilməyib: “Qanuna görə zərərçəkmiş şəxs, yəni mən 24 saat ərzində yazılı formada məlumatlandırılmalıyam. Lakin Binəqədi prokurorluğu əsassız qərar versə də, bu barədə bizə məlumat verməyib. Evimdən oğurluq edən, məni hədələyən şəxsin hansı əsaslarla azadlığa buraxılmasından xəbərsizəm”.

Məsələ ilə bağlı münasibət öyrənmək üçün Baş Prokurorluğa göndərdiyimiz sorğuya cavab olaraq qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, vətəndaşın prokurorun qərarından yuxarı prokurora və ya məhkəməyə müraciət etmək hüququ var: “Vətəndaş tərəfindən yuxarı prokurora həmin qəbul edilmiş qərardan şikayət olunarsa, qanunla müəyyən edilmiş müddətdə müraciətə baxılmaqla qanunauyğun qərarın verilməsi təmin ediləcək”.

Zərərçəkmiş İsfəndiyar Şükürov daha sonra redaksiya ilə əlaqə saxlayaraq bildirib ki, məsələ ilə bağlı Baş Prokurorluğa media sorğusu verildikdən sonra Binəqədi rayon prokuroru Nazim İmanovun cinayət işinə xitam verilməsi barədə qərarını yuxarı prokuror ləğv edib. İş yenidən icraata göndərilib.

Qeyd edək ki, İ.Şükürov mart ayında saytımıza müraciət edərək hüquq-mühafizə orqanlarının həmin şəxsi tapmaq və məsuliyyətə cəlb etmək üçün lazımi tədbirləri görmədiyini bildirmişdi. Onun şikayəti yayımlandıqdan sonra polis hərəkətə keçərək Rəşad Məmmədovu saxlamışdı.

Xəbər 2483 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?

04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +