Azərbaycanda zəlzələ oldu
Qətərdə Babəkin başına iş gəldi
Qarabağda yeni milli park yaradılır
Bu məntəqələrdə nəticələr saxtalaşdırılıb
Çörəyin içindən siqaret kötüyü çıxdı-FOTO
Polis Oğuzda əməliyyat keçirdi:Saxlanılanlar VAR
Nazir xəbərdarlıq etdi: Bu şəxslər işdən çıxarılacaq
Sabah qar yağacaq, yollar buz bağlayacaq
Saxlanılan gəmi heyətimizin ailələri narahatdır - VİDEO
Əsgərlərlə görüşə getmək istəyənlərin NƏZƏRİNƏ


28.12.2021  17:27 

Operativ Qərargah brifinq keçirdi





A+  A-

Bu gün saat 17:00-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib.

XəzərNews.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib ki, ölkəmizdə son 3 ayda yolxuma ən çox noyabr ayında olub:

"Bu ilin dekabr ayının birinci həftəsi ilə sonuncu həftəsini müqayisə edəndə yolxuma 59 faiz azalıb".

Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev bildirib ki, Azərbaycana "omikron" ştamının daxil olması və yayılması zamandan asılıdır:

Prezidentin köməkçisi Şahmar Mövsümov deyib ki, hazırda heç bir məhdudiyyətin tətbiqinə ehtiyac yoxdur:

“Lakin yeni ştam ölkəyə gəlsə, sərt tədbirlərə əl atmalı olacağıq. Tədqiqatlar göstərir ki, ikinci dozadan 4 ay sonra vaksinin qoruyuculuğu azalmağa başlayır. Buna görə də üçüncü, buster doza vurulmalıdır”.

O bildirib ki, fevralın 15-dən sonra COVID-19 pasportlarının müddəti 6 ay müəyyən olunur:

“İkinci dozadan 6 ay sonra pasport vaxtı keçmiş hesab olunur.

Yəni ikinci dozadan 6 ay sonra vaxtı bitmiş pasportla müəyyən edilən yerlərə daxil olmaq mümkün olmayacaq. Bunun üçün də buster dozadan istifadə etmək tövsiyə olunur. Fevralın 15-dək bütün vaksin pasportları qüvvədədir. Kimdəsə ikinci dozadan sonra müddət 6 aya yaxınlaşırsa təcili olaraq üçüncü doza vurmağa çağırırıq".

Prezidentin köməkçisi Şahmar Mövsümov yas mərasimlərinə qoyulan qadağanın qüvvədə qalacağını bildirib.

O bildirib ki, Niderlandda Milad və digər bütün bayramlar ləğv edilib:

“Danimarkada konsert zalları, kinoteatrlar bağlanıb, Yunanıstanda bütün Milad tədbirləri ləğv edilib, 60-dan yuxarı şəxslərin məcburi vaksin olunmasına qərar verilib.
Portuqaliyada bütün barlar bağlanıb, Böyük Britaniya və Parisdə Yeni il şənlikləri,Almaniyada bir məkanda 10 nəfərdən çox adam toplanması qadağan edilib. Avstriyada lokdaun vəziyyəti tətbiq edilir, insanlar yalnız işə getmək və digər zəruri tələblər üçün evi tərk edirlər.

Azərbaycanda hazırda vəziyyət stabildir, karantinin sərtləşdirilməsinə ehtiyac yoxdur. Amma qeyd etdiyim ölkələrdəki vəziyyətin Azərbaycanda olması ehtimalı yüksəkdir. Bunun baş verməməsi üçün yeganə yol vaksin olunmaqdır”.


Xəbər 1871 dəfə oxunub.



08.02.2025  19:25 

Azərbaycanda zəlzələ oldu

08.02.2025  17:42 

Tələbə FTX binasına hücum edib

07.02.2025  22:03 

Neft Daşları”nda sızma OLUB

07.02.2025  20:25 

Türkiyədə zəlzələ oldu

07.02.2025  20:13 

Sumqayıtda məscid sökülür?


BÜTÜN XƏBƏRLƏR +