Abşerondakı bu məktəbə bit yayılıb? -VİDEO
Azərbaycanlı tələbə faciəvi şəkildə həyatını itirdi
Axtarışa olan 7 şəxs Azərbaycana ekstradisiya edilib
Naxçıvanın statusu ləğv edilə bilər?
Trampın məqsədini... - Pit Heqset açıqladı
Bu mərkəzin işçiləri 3 aydır maaş ala bilmir
Prezident Dövlət Agentliyinə sədr təyin etdi
Antiterror Mərkəzinin rəhbəri saxlanıldı
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir?
Həbsxanadan-cəbhəyə, sonra da torpağın altına...


05.07.2018  16:32 

Etibar Pirverdiyev istefa verəcəkmi?





A+  A-

“Prezident İlham Əliyevin haqlı iradlarından sonra istefalar olmalı idi. Bu vəzifəyə məsul olan şəxslərin vəzifələrinin öhdəsindən gələ bilmədiklərinə görə istefa verməsi normal görünə bilərdi. Təəssüf ki, bizim məmur sistemində belə ənənə yoxdur”.
XəzərNews.az xəbər verir ki, bunu Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında deyib. O, deyib ki, prezident enerji fəlakətilə bağlı çıxışında da bildirdi ki, qəza zamanı ölkənin enerji sistemi çökdü. Ayrı-ayrı hissələrdə qəza baş verə bilər, amma bu, ölkənin enerji sistemini çökdürməməli idi: “Hər il investisiya proqramlarında ölkənin enerjilə təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılmış, yeni stansiyalar tikilmiş, ölkənin enerji gücü artmışdı. Bu halda suallar yaranır ki, hara gedir yatırılan vəsait?! Bu qədər vəsait ayrılmasına rəğmən, avadanlıqlar niyə hələ də köhnədir?! Yəqin bu suallara qəzayla bağlı yaradılan komissiya cavab verəcək. Və komissiyanın ilkin rəyində də artıq ciddi surətdə qüsurların meydanda olması görünür.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bundan əvvəl də qeydə alınmış çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstəirşlərin yerinə yetirilmədiyini bildirdi. Eyni zamanda, Baş prokurorun açıqlaması da bu sahədə düzgün idarəçilik olmadığını göstərir. Baş vermiş hadisə ilə əlaqədar “yanğın təhlükəsizlik qaydalarını pozma”, “vəzifədən sui-istifadə etmə” və “səhlənkarlıq” maddələri ilə cinayət işi qaldırılıb. Araşdırmaların nəticələrindən asılı olaraq mənimsəmə faklarının da işə əlavə ediləcəyi gözləniləndir. Burda təkcə “Azərenerji” rəhbəri yox, digərləri də məsuliyyət daşıyır. Ayrılan vəsaitin mənimsənilməsi və işə bu qədər səhlənkar yanaşılması bir nəfərin işi deyil. Mingəçevir İES rəhbərliyindən tutmuş daha yuxarılaradək hamısı məsuliyyət daşıyır. Etibar Pirverdiyevlə bağlı açıqlananlar onun üçün ilkin məsuliyyət yaradır. İnvestisiyalarla bağlı araşdırmalardan sonra ortaya nələr çıxacaq, bunu sonrakı etapda görəcəyik.

Qeyd edim ki, bundan əvvəl də bir neçə dəfə Mingəçevir İE”-in 6-cı blokunda problemlər yaranmışdı”.

Hüquqşünas ölkə başçısının qəzayla bağlı yaratdığı Komissiyanın tərkibinə diqqət çəkib: “Qəza ilə bağlı komissiya yaradılması yerində qərardır. Komissiyanın tərkibinə kimlərin daxil olması ilə bağlı yalnız vəzifələr göstərilmişdi. Düşünürəm ki, bu da vəzifədən göndərilənlərin olacağına bir işarədir...

Cənab prezident Komissiyaya tədbirlər planının hazırlanması göstərişini verdi. Bütün bunlardan belə çıxır ki, indiyədək dövlət tərəfindən ayrılan vəsaitlərə və göstərilən dəstəyə baxmayaraq, “Azərenerji” “yeni stansiyalar açılır”, yeni stansiyalar istifadəyə verilir” və s. deməklə “oynayırmış”.

Birinci gün qəza oldu, anladıq. Bəs ikinci gün niyə təkrarlandı?! Bu, olmamalı idi. Bəzi dövlət qurumları qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı peşəkar fəaliyyət göstərdi. Prezidentin də qeyd etdiyi kimi, insanlar bu vəziyyətdə təmkinlərini qorudular.

Qəzanın nəticələri dərindən araşdırmalıdır. Təxribatın olub-olmaması da nəzərə alınmalıdır.

Fizika İnstitutunun direktoru Nazim Məmmədovun açıqlamasında qəzaya çox ciddi səbəblərin olduğu görünür.

Bütün dünyada enerjinin tətbiqi, işlənməsi o qədər yenilənib ki, hər hansı qəza zamanı onun genişmiqyaslı olmaması təmin edilir. İES-də açılma sistemi işləməyib, 1 ton mazut tökülüb və yanıb. Sonra digər hissələrə də keçib. Buna səhlənkarlıq demək azdır. Düşünürəm ki, minlərlə insanın məruz qaldığı əziyyətə sadəcə səhlənkarlıq demək azdır.

Cənab prezidentin də dediyi kimi, istilərin qəzaya səbəb kimi göstərilməsi gülünc versiyadır. Onda iqlimi bizdən isti olan ölkələr alışıb-yanmalıdır. Burada daha ciddi səbəblər var. Ümumilikdə bu sektora cavabdeh olan şəxslər - təkcə Etibar Piriverdiyev deyil, digərləri də məsuliyyətə cəlb edilməlidirlər. Kimlər ki, investisiya proqramlarını təsdiqləyirdilər, hansı səbəbdən buna diqqət etməyiblər? Qərarların icrasına nəzarət edənlər hara baxıblar? Suallar çoxdur. Cavablar isə araşdırmalardan sonra bəlli olacaq”.

Xəbər 2179 dəfə oxunub.




13.02.2025  10:13 

Ceyhun Bayramov Almaniyaya getdi

13.02.2025  10:09 

Tanınmış həkim vəfat etdi

12.02.2025  18:38 

Bu quruma agentlik statusu verildi

12.02.2025  15:24 

Narkoloji Dispanserdə ölüm


BÜTÜN XƏBƏRLƏR +