“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


15.11.2017  19:27 

“Bakı Metropoliteni“nin yüksək vəzifəli şəxsləri işdən çıxarıldı





A+  A-

Xəbər verdiyimiz kimi, oktyabrın 27-si, səhər saatlarında "Bakı Metropoliteni”ndə sərnişin sıxlığı müşahidə olunmuşdu. Bu hadisə sərnişinlər arasında ciddi narazılıq yaratmış, mətbuatda da sözügedən məsələ geniş şəkildə işıqlandırılmışdı. "Bakı Metropoliteni”nin rəsmiləri hadisənin baş verməsini səhər saat 6-da depodan gələn qatarların qəbulunda gecikmə ilə əlaqələndirmişdi.
XəzərNews.az unikal.org-a istinadən xəbər verir ki, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov sözügedən hadisə ilə bağlı qurumun bir sıra vəzifəli şəxslərini ciddi cəzalandırıb. Məlumatda qeyd olunur ki, hadisədə bir neçə nəfər günahkar bilinərək, işdən azad olunub. Bəzilərinə isə töhmət verilib. Hətta vəzifəsindən azad olunanlardan biri "Bakı Metropoliteni”nin yol xidmətinin rəisi Mahmudəli Məcidovdur.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, metroda baş verən istənilən hadisə araşdırılır: "Lazım gələrsə, böyük komissiya yaradılır və ciddi araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq günahkarlar məsuliyyətə cəlb edilirlər. İntizam tənbehi vəzifədən azad edilmə ilə nəticələnə bilər. Çünki biz çox məsuliyyətli bir işlə, sərnişinlərin təhlükəsiz daşınması ilə məşğuluq. Burada səhlənkarlıq, qeyri-peşəkarlıq yolverilməzdir”.

Xəbər 1203 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +