Azərbaycanda zəlzələ oldu
Qətərdə Babəkin başına iş gəldi
Qarabağda yeni milli park yaradılır
Bu məntəqələrdə nəticələr saxtalaşdırılıb
Çörəyin içindən siqaret kötüyü çıxdı-FOTO
Polis Oğuzda əməliyyat keçirdi:Saxlanılanlar VAR
Nazir xəbərdarlıq etdi: Bu şəxslər işdən çıxarılacaq
Sabah qar yağacaq, yollar buz bağlayacaq
Saxlanılan gəmi heyətimizin ailələri narahatdır - VİDEO
Əsgərlərlə görüşə getmək istəyənlərin NƏZƏRİNƏ


17.04.2017  14:07 

Hansı dövlət qurumu işçilərinə mənzil verə bilir?...





A+  A-

Hər bir vicdanlı, məsuliyyətli, zəhmətkeş işçi əməyinə qiymət verilməsini istəyir. Təbii ki, belə insanlar üçün hökumətin göstərdiyi qayğı çox önəmlidir. İşçilərini mənzillə təmin etməsi isə onlara verilən ən böyük dəyərlərdən biridir. Azərbaycan hökuməti və onun müvafiq orqanları vaxtilə ayrı-ayrı sahələrdə çalışan əməkdaşlara mənzillər verirdi.
Lakin indi işçilərini mənzillə təmin edən dövlət qurumlarının sayı çox azdır, hətta bəlkə də yoxdur.

XəzərNews.az məlumat verir ki, Modern.az saytı bununla bağlı bir neçə dövlət qurumu ilə əlaqə saxlayıb, vəziyyətlə maraqlanıb.

Təsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, hələ ki nazirliyin əməkdaşlarını mənzillə təmin etmək kimi bir planı yoxdur. Onun sözlərinə görə, nazirliyin daha əvvəl də belə təcrübəsi olmayıb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov əvvəllər əməkdaşlar üçün mənzil tikintisinin olmadığını bildirib: “Nazirlik büdcədən maliyyələşən dövlət qurumudur, ona görə də belə bir plan yoxdur. Əvvəllər də əməkdaşlar üçün mənzil tikintisi olmayıb”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşları və şəhid ailələrini dövlət hesabına mənzillə təmin edir. Bunun üçün həmin şəxslər yaşadıqları rayon (şəhər) İcra Hakimiyyətlərində mənzil növbəsinə götürülürlər.
Nazirliyin öz işçilərinə gəlincə, mətbuat xidmətinin rəhbəri Elman Babayevin sözlərinə görə, bu vaxta qədər əməkdaşların mənzillə təmin olunması kimi bir hal olmayıb: “Hələ ki gələcək üçün də belə bir şey planlaşdırılmır”.

Digər qurumlardan fərqli olaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti əməkdaşlarını mənzillə təmin edir. Bununla bağlı qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. O bildirib ki, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunandan sonra dəmiryolçulara 147 mənzil paylanılıb: “Ümumilikdə iki il ərzində işçilərə 147 mənzil paylanılıb. Ötən il isə iki dəfə mənzil verilib-13 oktyabr və 31 dekabr tarixlərində. Oktyabrın ayının 13-ü 37 nəfər, dekabr ayının 31-i isə 27 nəfər mənzillə təmin olunub. Amma bu il nə vaxt mənzil veriləcəyi haqqında hələ ki məlumat yoxdur”.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova idmançıların mənzillə təmin olunduğunu, lakin nazirlik əməkdaşları üçün belə bir halın olmadığını deyib: “İlin sonunda idman sahəsindəki müəyyən xidmətlərinə görə bir neçə idmançıya mənzil verilir. Amma nazirlik öz əməkdaşlarını mənzillə təmin etmək üçün yaşayış binası tikmir. Təbii ki, belə bir şeyin olması çox gözəl olardı”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, işçilərin pulsuz mənzillərlə təmin edilməsi işi 1993-cü ildən dayandırılıb: “İndi nazirlik tərəfindən hər hansı yaşayış binası tikilmir. Hazırda bu mövzu gündəmdə deyil”.

Xəbər 2315 dəfə oxunub.



08.02.2025  19:25 

Azərbaycanda zəlzələ oldu

08.02.2025  17:42 

Tələbə FTX binasına hücum edib

07.02.2025  22:03 

Neft Daşları”nda sızma OLUB

07.02.2025  20:25 

Türkiyədə zəlzələ oldu

07.02.2025  20:13 

Sumqayıtda məscid sökülür?


BÜTÜN XƏBƏRLƏR +