Azərbaycanda zəlzələ oldu
Qətərdə Babəkin başına iş gəldi
Qarabağda yeni milli park yaradılır
Bu məntəqələrdə nəticələr saxtalaşdırılıb
Çörəyin içindən siqaret kötüyü çıxdı-FOTO
Polis Oğuzda əməliyyat keçirdi:Saxlanılanlar VAR
Nazir xəbərdarlıq etdi: Bu şəxslər işdən çıxarılacaq
Sabah qar yağacaq, yollar buz bağlayacaq
Saxlanılan gəmi heyətimizin ailələri narahatdır - VİDEO
Əsgərlərlə görüşə getmək istəyənlərin NƏZƏRİNƏ


04.02.2025  17:15 

Azərbaycanlı məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaq





A+  A-

Bu il Azərbaycandan olan məktəblilərin “SpaceX” daşıyıcı raketi vasitəsilə “PocketQube” piko-peykini kosmik orbitə buraxması planlaşdırılır.

XəzərNews.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyə ("Azərkosmos") istinadən xəbər verir.

Məlumata görə, bu, "Azərkosmos"un nəzdində KOSMİK Akademiyanın təşkilatçılığı, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə Təhsil İnstitutu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holdinq” MMC, Braziliya Kosmik Agentliyi və Braziliyanın “IDEIA Space” şirkətinin dəstəyi ilə keçirilən “Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi” çərçivəsində 7-9-cu sinif şagirdləri arasında baş tutacaq.

“PocketQube” peykləri ilk dəfə 2013-cü ilin noyabr ayında orbitə buraxılıb. Bu buraxılış Avstriyaya məxsus “UniSat-5” platforması vasitəsilə həyata keçirilib və layihə çərçivəsində bir neçə minipeyk, o cümlədən “WREN” (Almaniya), “T-LogoQube” (ABŞ) və “QBScout-1” (İtaliya) peykləri orbitə yerləşdirilib. Bu konsepsiya yalnız texnoloji tərəqqinin məhsulu deyil, həm də kosmosun hamıya aid olduğu ideyasının bir növ simvoludur.

Standart olaraq ölçüsü 5x5x5 sm, çəkisi isə təxminən 250 qr olan bu peyklər möhkəm materiallardan (alüminium ərintiləri, karbon kompozitlər) hazırlanır ki, bu da həm mexaniki davamlılığı, həm də istilik idarəetməsini təmin edir.

“SpaceX”in “birgə buraxılış proqramı” (“rideshare”) vasitəsilə kiçik peyklərin orbitə buraxılması xərclərinin azalması layihənin iqtisadi baxımdan daha əlçatan olmasını təmin edir. “Rideshare” proqramının mahiyyəti ondan ibarətdir ki, bir raket buraxılışı zamanı müxtəlif müştərilərə məxsus olan kiçikölçülü peyklər eyni anda orbitə çıxarılır.

Bundan əlavə, “SpaceX”in yüksək etibarlı buraxılış platforması “PocketQube” peykinin təhlükəsiz şəkildə orbitə çatdırılmasını təmin edəcək və layihənin texniki və elmi məqsədlərinin uğurla həyata keçirilməsinə imkan yaradacaq.

Bu təşəbbüslər azərbaycanlı məktəblilərin beynəlxalq kosmik texnologiyalara inteqrasiyasını, qabaqcıl texnologiyaların təhsilə mühüm təsirini, məktəblilərin rəqəmsal savadlılığının artırılması istiqamətində atılan addımların rolunu bir daha vurğulayır.

Bundan əlavə, bu layihələr gəncləri məktəb yaşlarından yerli və beynəlxalq səviyyədə yeni əməkdaşlıq qurmağa, praktiki tətbiqlər vasitəsilə nəzəri biliklərini mürəkkəb layihələrdə tətbiq etməyə təşviq edir.

Xəbər 1813 dəfə oxunub.



08.02.2025  19:25 

Azərbaycanda zəlzələ oldu

08.02.2025  17:42 

Tələbə FTX binasına hücum edib

07.02.2025  22:03 

Neft Daşları”nda sızma OLUB

07.02.2025  20:25 

Türkiyədə zəlzələ oldu

07.02.2025  20:13 

Sumqayıtda məscid sökülür?


BÜTÜN XƏBƏRLƏR +