İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


23.08.2017  09:32 

Sosial şəbəkələrdə plagiat adlar – Onları necə cəzalandırmaq olar?





A+  A-

Hazırda Azərbaycanda müxtəlif adlarda kütləvi informasiya vasitələri fəaliyyət göstərir. Məlumdur ki, media ilə bağlı müxtəlif məsələlər qanunvericiklə tənzimlənir. O cümlədən istər dövlət, istərsə də özəl media qurumlarının adları da buna daxildir. Məsələn, kütləvi informasiya vasitəsinin adında dövlət təşkilatlarının, beynəlxalq qurumların, idarə və müəssisələrin, yerli özünüidarəetmə orqanlarının adından istifadə olunmasına həmin qurumların razılığı ilə yol verilir.
Lakin bəzən sosial şəbəkələrdə bir sıra mətbuat orqanlarının adları ilə eyni olan müxtəlif hesablara rast gəlirik.
Maraqlıdır, qanunvericilikdəki bəndi sosial şəbəkələrə aid etmək mümkündürmü? Eyni addan istifadə halları üçün hansı cəza tədbirləri görmək olar?

XəzərNews.az-ın məlumatına görə, hüquqşünas, media eksperti Ələsgər Məmmədli Modern.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrin öz qaydaları və bütün məsələlər bunun əsasında tənzimlənir:

“Kütləvi informasiya vasitələrinin adları ilə bağlı qanunda dəyişikliklər oldu. Buna əsasən müəyyən məhdudiyyətlər gətirildi. Bunlar xüsusi şəxslərin, tanınmış şəxslərin adlarıdır. Bunun xaricində eyni adların təkrar qoyulması qadağandır. Bundan başqa məsuliyyət yoxdur.

Bilirsiniz, sosial şəbəkələr ayrıca KİV sayılmır. Çünki sosial şəbəkənin öz qaydaları var. Əgər hər hansı sosial şəbəkədə mətbuat orqanlarının adını, yəni eyni adları təkrar edən varsa və ya şəxsin adı mənimsənilirsə, şikayət edilir və bəlli müddətdən sonra məsələ araşdırılır. Qanunsuz, icazə alınmadan addan istifadə halları varsa, hesab buna görə ləğv edilə bilir. Bununla bağlı qanunvericilikdə hər hansı bir şey olmasa da, sosial şəbəkələrin özünün tənzimləmə sənədi var. Həmin sənədlərə baxmaq lazımdır”.

Hüquqşünas qeyd edib ki, şəxsin adına ziyan vurulubsa, zərər qarşılanmalıdır:

“Eyni zamanda şəxslərin, mətbuat orqanlarının, hüquqi şəxslərin və ya brendlərin adının da mənimsəmə halları ola bilər. Bu da eyni mahiyyəti daşıyır. Heç bir halda başqalarının adını onların icazəsi olmadan mənimsəmək olmaz.
Belə hallar müşahidə edilərsə, mətbuat orqanları şikayət edə bilər və bu zaman şikayət nəzərə alınaraq hesab ləğv edilməklə yanaşı, xəbərdarlıq da edilir. Sosial şəbəkə kimisə cəzalandırmır. Lakin məhkəmə qaydasında kiminsə sizin adınıza ziyan vurduğu müəyyən edilsə, o zaman vurulan zərəri tələb etmək mümkündür”.


Xəbər 1904 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +