İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


22.08.2017  22:43 

Dünya çempionunu öldürən azərbaycanlı polisə təslim oldu





A+  A-

Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçevi döyərək öldürən azərbaycanlı Anar Allahverənov polisə təslim olub.
XəzərNews.az-ın xəbərinə görə, bu barədə məlumatı Sportfm.az saytına Xabarovskdakı Azərbaycan diasporunun fəallarından Qafur Əliyev verib:

“Hadisə Xabarovsk şəhərinin kafelərindən birində səhər saat 6-da baş verib. Anarla Andrey arasında mübahisə yaranıb və onlar məsələni aydınlaşdırmaq üçün çölə çıxıblar. Bəzi KİV-lərdə yazılıb ki, guya azərbaycanlılar əvvəlcə Draçevi “təkləyiblər”. Belə bir şey olmayıb. Onlar təkbətək döyüşüblər. Anar əlbəyaxa döyüş növləri ilə məşğul olur, özü tikinti sahəsində çalışır. Əslən Sumqayıt şəhərindəndirlər. Qardaşı Natiq Allahverənov buralarda çox hörmət edilən bir şəxsdir. Bildiyimə görə, dünən onu tutublar, ya da Anar özü təslim olub. İndiyədək burada etnik zəmində heç bir problem yaşanmayıb”.

Qeyd edək ki, faktla bağlı “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlayıb.

Xəbər 2128 dəfə oxunub.



01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +