İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


20.06.2024  16:54 

Ukraynalı uşaqlar Bakının tarixi yerlərilə tanış olublar





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilən ukraynalı uşaqlar üçün Bakı turu təşkil edilib.

Nazirlikdən Xəzərnews.az-a verilən xəbərə görə, onlar İçərişəhər və Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və Dənizkənarı bulvarla tanış olublar. Növbəti günlərdə uşaqların Atəşgah məbədi, Yanardağ abidəsi və bölgələrimizə səfərləri təşkil olunacaq.

Ukraynalı uşaqların Bakı və bölgələrimizdə (Qəbələ, Şəki) bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələlərinə, psixo-sosial təlimlərə cəlb olunmaları, milli mətbəxlə tanış edilmələri də nəzərdə tutulur.

On günlük sosial-psixoloji reabilitasiya proqramı həmin uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə və cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır.





Xəbər 7445 dəfə oxunub.



01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +