Cem Köksal azadlığa buraxıldı
Təcili tibbi yardım avtomobili qəzaya uğradı
42 yaşlı kişi ov tüfəngi ilə güllələndi
TƏBİB-dən Binədəki partlayışla bağlı... - AÇIQLAMA
Zelenski yanlış geyimdə gəldi - Mayk Vals
Slovakiya Ukraynaya yardımı dayandırdı
Sabah güclü külək əsəcək
İlon Mask ABŞ-ın NATO və BMT-dən çıxmasına razıdır
Ştaynmayer Trampı kəskin tənqid etdi
Nyu-York Trampa qarşı - VİDEO


28.10.2023  16:21 

Heyvan saxlayanların sayı azalır ətin qiyməti isə artır -Deputat





A+  A-

"Bu yaxınlarda statistik məlumatları götürdüm. Belə ki, respublikada heyvandarlıq sayı xeyli aşağı düşüb. Bir neçə il bundan əvvəl 10 milyona yaxın xırdabuynuzlu heyvan olub, amma il ərzində onların sayının 800-900 min azalması acınacaqlıdır. İribuynuzlu mal-qaranın sayında da təxminən eyni azalmanın olması yaxşı hal deyil. Ətin qiymətinin bahalaşmasına səbəb olan amillərdən biri odur ki, heyvanların sayı azalır".

Xəzərnews.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev deyib. O bildirib ki, insanlar nədənsə kənd təsərrüfatı işlərinə getmək istəmirlər:

"Bunu deyəndə bəziləri mənə qarşı tənqidi fikirlər söyləyirlər ki, "müəllim, daha qoyun, inək saxlamaq, sağmaq vaxtı keçib".

Heç də elə deyil. Təəssüflər olsun ki, getdikcə heyvan saxlayanların sayı azalır. Belə olan halda isə ətin qiyməti artır. Heyvanların sayı azalırsa, onları saxlamağa laqeydlik göstəririksə, sözsüz ki, qiymətlər artmalıdır. Digər bir tərəfdən bəzi işbazlar rayonlardan heyvanları ucuz qiymətə alaraq gətirib şəhərdə baha satırlar.

Burada müəyyən inhisarçılıq halları var. Bir çox hallarda adamlar özləri mal-qaranı gətirib şəhərdə sata bilmirlər. İstərdik ki, qiymət artımı olmasın. İqtisadi məsələlər var ki, araşdırılmalıdır. Bunun kökündə nə dayanır? Nə üçün bu qədər kənd təsərrüfatına yararlı torpaqlar son illərdə icra orqanları və bələdiyyələrin səhlənkarlığı nəticəsində tikintiyə verilib? 10 min hektarlarla kənd təsərrüfatına yararlı torpaq tikintiyə verilib və müəyyən adamlardadır. Həmin torpaqlardan istifadə olunmursa, mal-qara saxlamaq mümkün deyil. Belə olan halda ətin qiyməti artacaq".

T.Rzayevin sözlərinə görə, müəyyən adamlar var ki, öhdələrində 100 hektarlarla torpaq sahəsi var və neçə illərdir ondan istifadə etmir: "Bununla bağlı tədbirlər görülməlidir. Əgər əkilməyən torpaqlar varsa, onlar müəyyənləşdirilməlidir. Tədbirlər görülməsinə baxmayaraq, yenə də belə hallar var. Bunun nəticəsidir ki, ildən-ilə kənd təsərrüfatı məhsullarının qiyməti artır". /Unikal.az


Xəbər 1547 dəfə oxunub.



02.03.2025  17:51 

Cem Köksal azadlığa buraxıldı

02.03.2025  15:03 

Sabah güclü külək əsəcək

02.03.2025  12:58 

Nyu-York Trampa qarşı - VİDEO

01.03.2025  22:23 

Zelenski Keyr Starmerlə görüşüb

01.03.2025  12:53 

Publika.az 13 yaşında


BÜTÜN XƏBƏRLƏR +