Cem Köksal azadlığa buraxıldı
Təcili tibbi yardım avtomobili qəzaya uğradı
42 yaşlı kişi ov tüfəngi ilə güllələndi
TƏBİB-dən Binədəki partlayışla bağlı... - AÇIQLAMA
Zelenski yanlış geyimdə gəldi - Mayk Vals
Slovakiya Ukraynaya yardımı dayandırdı
Sabah güclü külək əsəcək
İlon Mask ABŞ-ın NATO və BMT-dən çıxmasına razıdır
Ştaynmayer Trampı kəskin tənqid etdi
Nyu-York Trampa qarşı - VİDEO


29.03.2023  13:23 

Bu tip hadisələr baş verən kimi niyə İrana yönəlik tezislər işə düşür?





A+  A-

Allah Fazil bəyə can sağlığı versin, tezliklə ailəsinə, işinə dönsün. Baş verən sui-qəsd hadisəsi mtovindən asılı olmayaraq yolverilməzdir, pislənilməlidir. Xüsusilə də hadisənin onun aliləsinin yanında baş verməsi daha faicəlidir. Heç kim bundan sığortalanmayıb.

Ona atılan güllə ailəsinə də zərər vura bilərdi. Şükür ki bütün bunlar baş vermədi.

Sosial şəbəkələrdə sui-qəsdin motivləri barədə fikirlər səslənir. Bütün bunlar təbiidir və lazımlıdır. Versiya nə qədər çox olsa motivi müəyyənləşdirmək, sifarişin arxasında kimlərin dayanmasını aşkarlamaq bir o qədər dəqiq olar. Çünki səhv versiya təhqiqatı düzgün olmayan istiqamətə yönəldə bilər.

Qeyd etdiyim kimi versiyalar çox yazılıb, ona görə də öz fikrimi yazmaq istəmirəm. Onsuz da fərqli versiyam yoxdur. Sadəcə məni düşündürən bir məsələyə diqqəti yönəltmək istəyirəm. Əsas versiyalar sui-qəsdin arxasında İranın durması üzərindədir.

Əslində belə şübhələnməyə əsaslar da var. Bu barədə kifayət qədər yazılıb. Baş vermiş hadisəni London və Tehrandakı səfirliklərimizə hücumla eyni xəttə düzərdim. Yəni sifarişin eyni mənbədən gəldiyini düşünürəm. Bu mənbə haradır? İranmı? Emosional olaraq təsdiqləyə bilərəm, amma soyuq başla belə qənaətə gəlməyə tələsməzdim. Ən azı bir müddət. Daha dəqiqini araşdırmalar müəyyən edəcək. Və böyük ehtimalla real səbəb ictimaiyyətə açıqlanmayacaq.

Diqqət yetirsək görərik ki, bu tip hadisələr baş verən kimi, İrana yönəlik tezislər işə düşür. Kimlərsə çalışır ki, hadisələrin arxasında İranın durması rəyi cəmiyyətdə hakim olsun. İrandakı hadisədə polis müdaxilə etmədi, bəs Londandakı polisin hərəkətsizliyinə necə qiymət verək? Niyə Kalaşnikov (Rusiya)? Yəni suallar çoxdur?

Hər bir halda hadisənin baş verməsini pisləməklə, Fazil bəyə dəstəyimi ifadə etməklə yanaşı real motivin üzə çıxarılmasının tərəfdarıyam.

Hər şey emosional yox, soyuq başla edilməlidir.

Samir Əliyev

Xəbər 1034 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.03.2025  17:51 

Cem Köksal azadlığa buraxıldı

02.03.2025  15:03 

Sabah güclü külək əsəcək

02.03.2025  12:58 

Nyu-York Trampa qarşı - VİDEO

01.03.2025  22:23 

Zelenski Keyr Starmerlə görüşüb

01.03.2025  12:53 

Publika.az 13 yaşında


BÜTÜN XƏBƏRLƏR +