Cem Köksal azadlığa buraxıldı
Təcili tibbi yardım avtomobili qəzaya uğradı
42 yaşlı kişi ov tüfəngi ilə güllələndi
TƏBİB-dən Binədəki partlayışla bağlı... - AÇIQLAMA
Zelenski yanlış geyimdə gəldi - Mayk Vals
Slovakiya Ukraynaya yardımı dayandırdı
Sabah güclü külək əsəcək
İlon Mask ABŞ-ın NATO və BMT-dən çıxmasına razıdır
Ştaynmayer Trampı kəskin tənqid etdi
Nyu-York Trampa qarşı - VİDEO


12.12.2019  11:28 

Almaniyanın Rusiyadakı səfiri XİN-ə çağırıldı





A+  A-

Almaniyanın Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Qeza Andreas fon Qeyr Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə “İnterfaks”a diplomatik mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, səfir Rusiya diplomatlarının Almaniyadan qovulması ilə əlaqədar olaraq quruma çağırılıb.

Qeyd edək ki, dekabrın 4-də, Almaniya hökuməti Gürcüstan vətəndaşının qətl hadisəsi ilə əlaqədar Berlindəki Rusiya səfirliyinin iki işçisini ölkədən qovacağını açıqlayıb. Buna səbəb kimi isə Rusiya orqanlarının istintaq prosesinə kifayət qədər dəstək olmadıqları göstərilib.

Bu məqamda bildirək ki, dekabrın 4-də Rusiyanın Berlindəki fövqəladə və səlahiyyətli səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə çağırılaraq ona Berlində Gürcüstan vətəndaşı Zəlimxan Xanqoşvilinin qətli ilə əlaqədar nota verilib.

Rusiya Prezidenti Vladimir Putin dekabrın 10-da Parisdə keçirdiyi mətbuat konfransında, Rusiya əməkdaşlarının Almaniyadan qovulmasına cavab olaraq tədbirlər görəcəyini, lakin bunun Rusiya-Almaniya münasibətlərində böhrana səbəb olmayacağını söyləyib.

Xatırladaq ki, çeçen mənşəli Gürcüstan vətəndaşı, Aslan Məshədov və Şamil Basayevin yaxın tərəfdarı Zəlimxan Xanqoşvili bu il avqustun 23-də Berlinin Moabit rayonundakı bir parkda killer tərəfindən başına yaxın məsafədən atəş açılmaqla qətlə yetirilib. Hadisədən sonra Rusiya vətəndaşı saxlanılıb.
Almaniya hüquq-mühafizə orqanları sui-qəsdin olduqca peşəkar şəkildə planlandığına, həyata keçirildiyinə və xarici ölkənin kəşfiyyat strukturu tərəfindən icra olunduğuna diqqət çəkib.

Araşdırmalar nəticəsində məlum olub ki, Z. Xanqoşvili 2000-ci illərdə “İkinci Çeçen-Rus müharibəsi” zamanı Rusiyaya qarşı mübarizə aparıb və Gürcüstan kəşfiyyatının əsas agenti olub. 2000-ci ildən axtarışda olan və Avropada gizlənən terrorçunu Rusiya tərəfi tələb etsə də, onun ekstradisiyasına müsbət cavab verilməyib.

Xəbər 1436 dəfə oxunub.



02.03.2025  17:51 

Cem Köksal azadlığa buraxıldı

02.03.2025  15:03 

Sabah güclü külək əsəcək

02.03.2025  12:58 

Nyu-York Trampa qarşı - VİDEO

01.03.2025  22:23 

Zelenski Keyr Starmerlə görüşüb

01.03.2025  12:53 

Publika.az 13 yaşında


BÜTÜN XƏBƏRLƏR +