Cem Köksal azadlığa buraxıldı
Təcili tibbi yardım avtomobili qəzaya uğradı
42 yaşlı kişi ov tüfəngi ilə güllələndi
TƏBİB-dən Binədəki partlayışla bağlı... - AÇIQLAMA
Zelenski yanlış geyimdə gəldi - Mayk Vals
Slovakiya Ukraynaya yardımı dayandırdı
Sabah güclü külək əsəcək
İlon Mask ABŞ-ın NATO və BMT-dən çıxmasına razıdır
Ştaynmayer Trampı kəskin tənqid etdi
Nyu-York Trampa qarşı - VİDEO


17.12.2018  09:38 

“Pulları Türkiyədə bir qadın saxlayır…” – Elnar Əsgərovun etibar etdiyi xanım kimdir?





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış Arif Əsgərovun, onun oğlu Elnar Əsgərovun adı qarışan proses davam edir. Ötən müddətdə üzə çıxanlar ortada böyük korrupsiya cinayətlərinin olmasını bir daha təsdiq edir.
Məhkəmə qarşısına çıxarılan Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovdur. Sonuncu dələduzluq ittihamını qəbul etmir, deyir ki, o, xalası oğlu, Arif Əsgərovun oğlu Elnar Əsgərovun “Azərbaycan Dəmir Yolları” QSC-də gördüyü işlərin qeydiyyatını, hesabatını aparıb. Elnar Əsgərov ən müxtəlif şəxslərdən QSC-nin təhcizat məsələləri ilə məşğul olmaq adı ilə milyonlarla pul alaraq onlara verdikləri məbləğə görə faizlər ödəyib. Arif Əsgərov işdən çıxarılandan sonra isə pul sahiblərinə faiz ödənişi dayandırılıb, pulların əsas hissəsinin də ödənilməsində problemlər yaranıb. Pul sahibləri hüquq mühafizə orqanlarına şikayət etdikdən sonra Arif Əsgərov milyonlarla manat pulu bacanağı, Rahib Hüseynovun atası İsmayıl Hüseynovun vasitəsi ilə ödəyib. Hazırda pulu ödənməmiş 2 şəxs qalıb - Emin Məmmədov və Qoşqar Zeynalov.

XəzərNews.az-ın məlumatına görə, Rahib Hüseynovun anası Lətifə Hüseynova “Yeni Müsavat”a açıqlamalarında deyib ki, Elnar Əsgərov pulları adamlardan atasından gizli yığıb, onlara verdikləri pula görə faizləri də gizli ödəyib. Məsələnin üstü Arif Əsgərov işdən çıxarılandan sonra açılıb və Elnar Əsgərov bütün suçu onun oğlu Rahib Hüseynovun üstünə atıb. Milyonlarla pulu Rahib Hüseynovun adamlardan özbaşına yığdığını deyib.

Rahib Hüseynov isə deyir ki, o, xalası oğlu Elnar Əsgərovun adamlardan aldığı pullara görə elə onun göstərişi ilə faizlər ödəyib.

Elnar Əsgərovun milyonlarla manat pulu hara xərcləməsi isə bu günə qədər bilinmirdi.



Redaksiyamıza daxil olan məlumata görə Elnar Əsgərov pulları xaricə aparıb. Onun həmin pulları Türkiyədə Mehriban adında qadında saxladığı iddia olunur. Belə məlumatlar var ki, həmin qadın əvvəllər Bakıda, 5 saylı şəhər klinik xəstəxanasının yanındakı çoxmərtəbəli binada yaşayıb. Onun Novxanıda bağ evi də olub. Həmin bağ evinin əslində Elnar Əsgərova məxsus olduğu xəbəri də var. Qeyd olunur ki, Mehriban adlı qadın həmin evdə Gulya adlı anası və Nərgiz adlı qızı ilə yaşayıblar. Elnar Əsgərovun həmin qadına inamı olduğu deyilir.

Adamlardan yığılan pulların Elnar Əsgərovda olmasını deyən Hüseynovlar onun Türkiyədə əlaqələrinin olmasını təsdiqləyirlər. Deyirlər ki, onun pulları Mehriban adlı qadında saxlaması haqda eşitsələr də, buna dair əllərində konkret fakt yoxdur.

Onlar qeyd edirlər ki, Arif Əsgərovun sürücüsü Vahid və ailəsinin sürücüsü Əbülfəzə Novxanıda bağ evləri tikdirməsi haqda məlumatlıdırlar. Bundan başqa Arif Əsgərovun Qubada sabiq müdafiə naziri Səfər Əbiyev və keçmiş nəqliyyat naziri Ziya Məmmədovla qonşuluqda villasının olduğu, Qəbələ, İsmayıllı rayonlarında da dəbdəbəli evlərinin varlığı haqda da məlumatlar var. Qeyd edək ki, vaxtilə normal maddi imkanları olan İsmayıl Hüseynov hazırda müflis durumdadır. Bakıdakı evləri, mal-mülkləri əllərindən çıxıb. Bir oğlu Emin Hüseynov 9 il həbs cəzasına məhkum edilib. 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Digər oğlu Rahib Hüseynov da qeyd etdiyimiz kimi, hazırda hakim qarşısındadır. Eminin və Rahibin işi üzrə ədalətli araşdırma aparılmasını istəyir. Deyirlər ki, Elnar Əsgərova məxsus 20-30 milyon pulun qara mühasibatlıq hesabatı var. Əsas günahkar Elnar Əsgərov azadlıqda gəzir. Qeydlər var, Elnar Əsgərova pul verənlər 5 il faiz alıb.

İttihama görə isə R.Hüseynov adamlardan pul alıb və onlara “Azərbaycan Dəmir Yolları” QSC üçün xaricdən yataq dəstləri gətiriləcəyini, qazancın 20 faizinin onlara veriləcəyini vəd edib. Məhkəmədə Rahib Hüseynov zərərçəkmişlərdən alınan pulları xalası oğlu Elnara verdiyini deyir, sübut kimi əlindəki qeydiyyat kitablarını, səs yazılarını təqdim edir. Ancaq məhkəmədə Elnar Əsgərov şahid, Rahib Hüseynov isə təqsirləndirilən şəxsdir. Artıq dövlət ittihamçısı Rahib Hüseynovun 10 il azadlıqdan məhrum edilməsi ilə bağlı çıxış da edib.

Xəbər 2124 dəfə oxunub.




02.03.2025  17:51 

Cem Köksal azadlığa buraxıldı

02.03.2025  15:03 

Sabah güclü külək əsəcək

02.03.2025  12:58 

Nyu-York Trampa qarşı - VİDEO

01.03.2025  22:23 

Zelenski Keyr Starmerlə görüşüb

01.03.2025  12:53 

Publika.az 13 yaşında


BÜTÜN XƏBƏRLƏR +