30.09.2017 14:12
Sabahın havası – Yağış, külək, qar
Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, oktyabrın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 13-15° isti, gündüz 16-19° isti, Bakıda gecə 13-15°, gündüz 16-18° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
ETSN xəbərdarlıq edir ki, oktyabrın 2-dən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-14°, gündüz 15-19° isti, dağlarda gecə 2-6°, gündüz 6-10° isti olacağı gözlənilir.
ETSN xəbərdarlıq edir ki, oktyabrın 1-i günün ikinci yarısından 5-dək ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Xəbər 1829 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|