Lənkəranda qəbiristanlığı su BASDI
“Veteran pulu” nə zaman artırılacaq?
Üç uşağı olanlara şad XƏBƏR - VİDEO
Neft Daşları”nda sızma OLUB
Sumqayıtda məscid sökülür?
Ramiz Zeynalov güləşçiyə bahalı maşın nömrəsi hədiyyə edib
Сыроварня” restoranı dövlət dilini kobud şəkildə pozur
Müşahidəçilər yenidən sərhəddə...
Anar Əliyev nazir təyin edildi - Sərəncam
Ukrayna səfirindən Azərbaycana TƏŞƏKKÜR


02.02.2017  15:09 

Azərbaycanın 3 cüdoçusuna 50 min dollar mükafat verildi





A+  A-


Azərbaycanın 3 cüdoçusuna hərəyə 50 min dollar mükafat verilib.

XəzərNews.az-ın məlumatına görə, Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) Beynəlxalq Cüdo Federasiyası (İJF) tərəfindən mükafatlandırılıblar.

Onlar yüksək məbləğdə qazancı öz çəki dərəcələri üzrə İJF reytinqində 2016-cı ilin ilk pillədə başa vurduqları üçün əldə ediblər. R.Orucov İJF-nin rəsmi saytına açıqlamasında deyib: "2016-cı ili ilk pillədə başa vurduğum üçün çox şadam. Ötən il mənim üçün uğurlu oldu. Avropa çempionatında qızıl, Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazandım. Bu hədiyyəyə görə İJF prezidenti Marius Vizerə minnətdaram."

Qeyd edək ki, ümumilikdə 14 çəki dərəcəsində reytinq siyahısına başçılıq edən 7 kişi və 7 qadın cüdoçu mükafata layiq görülüb. 



Xəbər 1773 dəfə oxunub.




07.02.2025  22:03 

Neft Daşları”nda sızma OLUB

07.02.2025  20:25 

Türkiyədə zəlzələ oldu

07.02.2025  20:13 

Sumqayıtda məscid sökülür?

07.02.2025  12:56 

Milyarder Trampın Amerika arzusu


BÜTÜN XƏBƏRLƏR +