Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


25.12.2021  10:02 

“Zülmət imperiyası“ olan SSRİ-ni kim yaradıb?





A+  A-



“Rusiya imperiyasını da, "zülmət imperiyası" olan SSRİ-ni də ukraynalıllar yaradıblar"

Rusiya prezidenti Vladimir Putinin dünənki brifinqdə səsləndirdiyi qalmaqallı fikirə - "Ukraynanı Vladimir İliç Lenin yaradıb" fikrinə Ukraynadan cavab özünü çox da gözlətmədi. Tanınmış ukraynalı hərbi ekspert Aleksey Arestoviç “Politeka” Yutub-kanalında çıxışı zamanı Putinin fikrinə münasibət bildirərək deyib ki, “Bu iki imperiyanın müəllifi bizik”.

Rusiya imperiyasının yaradıcısı arxiyepiskop-ilahiyyatçı Feofan Prokopoviç və Zaporojye ordusunun getmanı İvan Mazepa olub. Ukraynalı ekspert belə deyib.

Aleksey Arestoviçin sözlərinə görə, "Sovet İttifaqının ən yaxşı vaxtlarında o ölkəni məhz ukraynalılar - daha doğrusu, "Dnepropetrovsk klanı" idarə edib. Eləcə də vaxtilə SSRİ-də soyadı “enko” sonluğu ilə bitən çoxlu qəhrəmanlar var idi".

Gördüyümüz kimi tarixi həqiqətləri həmişə təhrif etməyi çox sevən Putindən fərqli ollaraq ukraynalı ekspert real tarixi faktlarla çıxış edib.

Arestoviç Putini və rusları nəzərdə tutaraq deyib ki, "siz heç öz tarixinizi yaxşı bilmirsiniz".

Görünən budur ki, bundan sonra Ukrayna və Rusiyanın siyasi elitaları arasında ideoloji müstəvidə savaş getdikcə daha da qızışacaq.

Yeri gəlmişkən, A.Arestoviç çıxışının sonunda ukraynalılları Rusiyanın müharibə təhdidlərindən qorxmamağa çağırıb və billdirib ki, əgər müharibə başlayarsa, Moskvanın məğlubiyyəti ilə bitəcək.

Mənbələr burda:

1. https://www.youtube.com/watch?v=UowXXVwpltM

2. https://www.mk.ru/politics/2021/12/24/aleksey-arestovich-nazval-ukraincev-sozdatelyami-rossii-i-sssr.html

P.S.
Bizim 44 günlük Vətən müharibəmizdə Aleksey Arestoviç ən səmimi şəkildə Azərbaycanı dəstəkləyən xarici ekspertlərdən biri idi.

Bəybala Mirzəyev

Xəbər 2140 dəfə oxunub.



01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +