Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


09.07.2021  14:32 

Paşinyanın müavini siyasətdən gedir





A+  A-

Ermənistan Baş nazirinin müavini vəzifəsini icra edən Tiqran Avinyan siyasətdən gedir.
XəzərNews.az “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, o, artıq siyasətdə deyil, özəl sektorda fəaliyyət göstərmək niyyətindədir.

Məlumatlara əsasən, Avinyan öz yaxın dostu Varaq Siseryanı özəl şirkətlərdən birinə yerləşdirib. İndi isə özü də ona qoşulmaq qərarına gəlib. Burada söhbət telekommunikasiya şirkətindən gedir və T. Avinyan orada rəhbər vəzifədə çalışmaq istəyir.

Bununla belə, o, rəhbərlikdə olan komandasını da özü ilə şirkətə aparmağı düşünür.

Qeyd edək ki, T. Avinyan hazırda Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın hakim “Vətəndaşlıq razılaşması” partiyasının seçki siyahısına daxil edilməmişdi. Şayiələrə görə, Avinyan İrəvan şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürmək istəyir. Lakin onun bu məsələdə sahibkarlıqla məşğul olan Xaçatur Sukiasyan adlı güclü rəqibi var.

Xəbər 2924 dəfə oxunub.



01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +