Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


14.05.2017  10:32 

Bu gün nələr olacaq?





A+  A-

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarışların 7-ci gününə start verilir.
XəzərNews.az-ın məlumatına görə, boks yarışında 60, 69, 75, 91 və +91 kq çəki dərəcələrində idmançılar mübarizəyə başlayacaq. Azərbaycanı Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) təmsil edir.

Bu gün idman gimnastikası üzrə qaliblər müəyyənləşəcək.

Azərbaycanı kişi gimnastların yarışında Murad Ağarzayev, Bense Talas və Timur Bayramov, qadınların yarışında isə Marina Nekrasova, Yuliya İnşina və Yekaterina Tişkova təmsil edəcəklər.

Oyunların 7-ci günündə bədii gimnastların yarışında qaliblər məlum olacaq.

Azərbaycanı yarışlarda Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova təmsil edirlər.

Bu gün, həmçinin həndbol yarışı başa çatacaq. Azərbaycanın qadın həndbolçuları finalda Türkiyə ilə qarşılaşacaq.

Oyunların 7-ci günündə qadınlar və kişilər arasında cüdo və para cüdo yarışları, eləcə də karate yarışları davam edəcək.

Bundan başqa, atıcılıq, üzgüçülük və tennis yarışlarında təsnifat və final mərhələləri keçiriləcək.

Voleybol turnirində qadınlardan ibarət Azərbaycan yığması Türkiyə ilə qarşılaşacaq.

Su polosunda kişi idmançılardan ibarət millimiz İndoneziya ilə üz-üzə gələcək.

Həmçinin ağır atletikada qadın (58 kq) və kişi ağırlıqqaldıranlar (62 kq) güclərini sınayacaqlar.

Xəbər 1522 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +