Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi
Teatrın səhnə arxasında əlbəyaxa dava olub
Bank kartları talanır: Bu dəfə 67 min manat oğurlandı
Salyanda saxta spirtli içki satan aşkarlandı
İlham Əliyev iranlı xanım naziri qəbul edib
İranın daxilində Rusiyaya etimad yoxdur – Mübariz Əhmədoğlu
Həm qayda pozdu, həm də polisin əmrinə tabe olmadı
Azərbaycandakı gizli qumar dünyası necə işləyir?


27.03.2017  09:59 

“Elə bil XİN yoxdur…” - Tofiq Zülfüqarov





A+  A-

“Həmişə belə bir imkan var ki, kimsə daha radikal mövqedən çıxış etsin və tələb etsin ki, biz qısa müddətdə əraziləri boşaltmalıyıq. Biz hamımız bunu istəyirik, amma realist olmalıyıq”.
XəzərNews.az xəbər verir ki, bunu “Yeni Müsavat”a müsahibəsində keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. O bildirib ki, təəssüflər olsun ki, bu proses uzanır: “Bəzən belə radikal mövqedə olan adamlar düşünməlidirlər ki, onların çağırışlarının birbaşa bizim əsgərlərimizin həyatı ilə bağlılığı var. Yəni kənarda durub kimisə harasa çağırmaq asandır. Amma biz həmişə fikirləşməliyik ki, el arasında deyildiyi kimi, “Nə şiş yansın, nə kabab”. Elə etməliyik ki, istədiyimiz hədəflərə ən az itkilərlə nail olaq”.

T. Zülfüqarov bildirib ki, bizim hərbi-siyasi direktivimizin olması çox vacibdir: “Bizə qarşı işləyən təbliğat iddia edir ki, guya biz gedib Qarabağdakı erməniləri qırıb-çatmaq istəyirik. O təbliğatın qarşısını almaq üçün bu hadisələrdən qabaq, yaxud təhlükə yetişən zaman ortaya qoymalıyıq ki, bizim məqsədimiz nədən ibarətdir”.

Bu istiqamətdə Azərbaycan XİN-nin görməli olduğu işlərə gəldikdə o deyib ki, Xarici İşlər Nazirliyi lazımi səviyyədə çalışmır: “Demək olar ki, bu prosesdə onun səsi eşidilmir. Təəssüflər olsun. Amma onun yeri də var, mövqeyi də olmalıdır, səsi də eşidilməlidir. Müxtəlif addımlar atılmalıdır, amma susmaq qəbuledilməzdir. 4-5 aydır müxtəlif hadisələr baş verir, mən indiyədək Xarici İşlər Nazirliyinin mövqeyini başa düşməmişəm, elə bil o, yoxdur...”

Xəbər 1947 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +