Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi
Teatrın səhnə arxasında əlbəyaxa dava olub
Bank kartları talanır: Bu dəfə 67 min manat oğurlandı
Salyanda saxta spirtli içki satan aşkarlandı
İlham Əliyev iranlı xanım naziri qəbul edib
İranın daxilində Rusiyaya etimad yoxdur – Mübariz Əhmədoğlu
Həm qayda pozdu, həm də polisin əmrinə tabe olmadı
Azərbaycandakı gizli qumar dünyası necə işləyir?


13.03.2024  14:58 

“Rusiya avqusta qədər Paşinyanı devirəcək“





A+  A-

“Məlum olduğu kimi, Ermənistan “Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb. Beynəlxalq hüquq normalarına görə, istənilən dövlət ikitərəfli müqaviləni pozmaqdan ötürü müraciət etdikdən sonra 6 ay gözləməlidir. Ona görə də bu məsələ 6 aydan sonra həllini tapa bilər. Bu vaxta qədər Ermənistan gözləməyə məcburdur”.

Xəzərnews.az xəbər verir ki, bunu politoloq Cümşüd Nuriyev Bakupost.az -a bildirib.
Onun sözlərinə görə, Rusiya o vaxta qədər Nikol Paşinyanı devirməyə çalışacaq:
"Artıq Moskva tərəfindən bildirildi ki, Ermənistanı Ukraynanın taleyi gözləyir. Fakt odur ki, bütün dünya Ukraynanın arxasında dursa da, onu Rusiyanın əlindən xilas edə bilmirlər. Ermənistanı isə Rusiya bir neçə saata işğal edəcək. Rusiya Dövlət Dumasında hətta Ermənistanın adını dəyişdirib Qərbi Azərbaycan qoymaqla bağlı məsələ müzakirə edilib. Yəni Rusiya Ermənistana qarşı bu dərəcədə qəzəblidir. Moskva xəyanəti bağışlamır. Ona görə də İrəvanın cəzası ağır olacaq”.



Xəbər 1427 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +