Deputatın “səxavəti”, məddahların “bəy tərifi” - VİDEO
Müavinət və təqaüdlərdə də artım gözlənilir
Samarada Neft Emalı Zavodu vuruldu
Sabiq prezident Trampı “Ağ Evin qəssabı“ adlandırdı
Dövlət Turizm Agentliyinin əməkdaşını DTX saxlayıb
Leyla və Arzu Əliyevalar sərgidə
DİN vətəndaşlara müraciət edib
Suriya qaynayır: 745 nəfər həlak olub
Biznes Universiteti bu VİDEOya görə linç edilir
Rafael Qetjiyə yenə məğlub oldu


13.12.2017  09:06 

Fədayə Laçın bu gün həbsdən buraxılacaq?





A+  A-

“Qoca” ləqəbli avtoritet Etibar Məmmədov və kriminal aləmin üzvü olan Əli Ağamini konvoyun müşayiəti altından qaçırmağa kömək etməkdə ittiham olunaraq, həbs edilən müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət edilib.
XəzərNews.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, vəsatətə dekabrın 13-də Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bir qədər əvvəl mətbuata açıqlamasında demişdi ki, qətimkan tədbirinin dəyişdirilməsi mümkündür:

“Qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbirləri seçilə bilər. Cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Hazırkı şəraitdə Fədayə Laçın barəsində həbs-qətimkan tədbiri seçilib. Bu, ciddi qətimkan tədbiri hesab olunur. Qətimkan tədbirinin təsdiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti çərçivəsində onu ləğv edə bilər. Nəzərə alsaq ki, həbs-qətimkan tədbiri məhkəmə tərəfindən seçilib, onun ləğvi də yalnız məhkəmə qaydasında mümkündür. Qətimkan tədbirinin dəyişdirilməsi, yaxud zaminliyə verilməsi ilə bağlı qərar verilə bilər. Bu da yalnız məhkəmə qərarı ilə. Zaminliyə verilmə iki cür olur: şəxslərin zaminliyinə verilmə və təşkilatın zaminliyinə verilmə. İndiki halda Fədayə Laçın yalnız məhkəmə qərarı ilə şəxslərin zaminliyinə verilə bilər”.

Hüquqşünas bildirib ki, zamin durmaq istəyən şəxslər müvafiq qaydada cinayət işinə prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edə bilər:

“Bu halda prokuror tərəfindən də məhkəməyə müraciəti əsasında qətimkan tədbiri dəyişdirilə bilər. Yaxud vəkil məhkəmə qarşısında vəsatət qaldıra bilər. Amma hər şeydən əvvəl məhkəmə tərəfindən zaminliyin mümkünlüyü haqda qərar olmalıdır. Bütövlükdə Fədayə xanımın zaminliyə verilib-verilməməsi ilə bağlı məsələ həm cinayət işinin istintaqını aparan müstəntiq və həm də prokuror tərəfindən qaldırıla bilər. Bu baş verəcək, yoxsa yox, söyləmək çətindir. Qətimkan tədbirinin dəyişdirilməsi zamanı təqsirləndirilən şəxsə 2 nəfərdən 5 nəfərə qədər şəxs zamin dura bilər. Şəxsin gələcəkdə istintaqdan qaçıb gizlənmə ehtimalı və istəyi yoxdursa, qətimkan tədbirinin dəyişdirilməsi mümkün sayılır. Zaminliyə buraxılma zamanı şəxsin məhkumluğu ləğv edilmir, istintaq davam edir. Bunun üçün ibtidai istintaqı həyata keçirən subyektlərin fikirləri və rəyləri əsasdır. Amma məhkəmə bütövlükdə məsələyə baxıb qərar verə bilər. Nə qədər ki, Fədayə Laçın haqda həbs-qətimkan tədbiri seçilib, onun dəyişdirilməsi yalnız məhkəmə qaydasında mümkündür”.

Baş Prokurorluğun məlumatına görə, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı başlanan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ə.Ağami Şirvan şəhərində həbs edilib, “Qoca”nın saxlanılması üçün keçirilən əməliyyat zamanı o, müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib.

Xəbər 3460 dəfə oxunub.



10.03.2025  10:42 

Samarada Neft Emalı Zavodu vuruldu

09.03.2025  17:40 

Leyla və Arzu Əliyevalar sərgidə

09.03.2025  17:35 

DİN vətəndaşlara müraciət edib

09.03.2025  11:33 

Rafael Qetjiyə yenə məğlub oldu

09.03.2025  10:26 

Fuad Ələsgərov niyə görünmür?

09.03.2025  10:17 

Sabah iş günü olacaq?

09.03.2025  01:12 

Qarabağın oyununda dava -VİDEO

08.03.2025  14:52 

Donetskdə matəm elan edildi


BÜTÜN XƏBƏRLƏR +