Deputatın “səxavəti”, məddahların “bəy tərifi” - VİDEO
Müavinət və təqaüdlərdə də artım gözlənilir
Samarada Neft Emalı Zavodu vuruldu
Sabiq prezident Trampı “Ağ Evin qəssabı“ adlandırdı
Dövlət Turizm Agentliyinin əməkdaşını DTX saxlayıb
Leyla və Arzu Əliyevalar sərgidə
DİN vətəndaşlara müraciət edib
Suriya qaynayır: 745 nəfər həlak olub
Biznes Universiteti bu VİDEOya görə linç edilir
Rafael Qetjiyə yenə məğlub oldu


28.08.2024  15:21 

Bu tualetlər üçün büdcədən nə qədər pul silinib? – Onlar da altını batıracaq





A+  A-

Ayaqyolu mədəniyyəti vacib məsələdir. Təbii ehtiyacları ödəmək isə təbii prosesdir. Bu normal insan halıdır. Ayaqyolunu nə qədər bulaşdırsan, o qədər də təmizləməlisən. Yoxsa pislik içində qalar, iyrənc görünər.

Amma bundan da iyrənc məsələlər var. Məsələn, büdcədən külli miqdarda pul alıb yol kənarlarında ayaqyolu tikib adını da “Dayan-Dincəl” qoyub, sonra da onu qırmızı lentlə dairəyə alıb istifadəyə verməmək oğurluqdur, maxinasiyadır, dövlətin malını talamaqdır.

Bir müddət əvvəl Gəncəyə yolum düşdü. Bakıdan Gəncəyə kimi qarşıma xeyli sayda “Dayan-Dincəl” çıxdı. Hamısı da hazır, lakin istifadəyə verilməyib. Bu məntəqələrin hər biri üçün bəlkə də 100 min manatdan çox vəsait silinib büdcədən. Amma nəticə odur ki, illərdir həmin məntəqələr həşəratların məskəninə çevrilib.

Bu obyektlərin tikilməsində məqsəd nə olub? İnternetdə axtarış verirəm. Təsəvvür edin ki, dayanacaqlar dövlət proqramı çərçivəsində tikilib. Magistral yollarda 50 ədəd belə məntəqə tikmək nəzərdə tutulub. Nə qədəri tikilib bundan xəbərsizəm, amma heç birinin işləmədiyini öz gözümlə görmüşəm.

Bəs bu obyektləri kim tikib? Bu haqda açıq mənbələrdə heç nə yoxdur. Büdcədən ayrılan vəsaitin hər qəpiyinin haqq-hesab edildiyi bir vaxtda milyonları çölün düzünə töküblər, amma sahib duran yoxdur. Təyinatına uyğun istifadəsinə şərait yaradılmır. Təyinatdankənar işlər üçün isə uyğun məkana çevrilib. Məsələn, qarşıma belə bir xəbər çıxır: Neftçala rayonu ərazisində yerləşən “Dayan-dincəl” adlı istirahət məntəqəsinin sanitar qovşağının qarşısında ölü insan dölü aşkar edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi adlı dövlət qurumu bu haqda açıqlama da verib. Deyir ki, bu obyektlərin bizə aidiyyatı yoxdur, başqa şirkət tikib. Niyə tikib, niyə istifadəyə verilmir, kim tikib? Cavab sıfır, müəmma. Sanki dövlət sirridir, üstünü açmaq olmaz. Hər bir çınqıldan xəbəri olan Saleh Məmmədov cavabdeh olduğu yolların kənarındakı gözəlliyi ilə gözoxşayan ayaqyolulardan xəbərsizdir. Ritorik sualın yeridir: Görəsən, Saleh Məmmədov rayonlara gedəndə olubmu ki, təbii ehtiyacını ödəmək üçün bu obyektlərə işi düşsün, amma işləmədiyinə görə naəlac qalıb bizim kimi qıvrılsın?

Əslində, dəfələrlə bu “Dayan-Dincəl”lərin nə məqsədlə inşa edildiyi, niyə istifadəsiz qaldığı, o qırmızı lentlərinin nə üçün hələ də kəsilmədiyi haqda düşünmüşəm. Vəkil dostum Nicat Nağıyev bu problemdən danışanda yazmaq qərarına gəldim. Onsuz da nəticə yenə sıfır olacaq. Nicat deyir ki, işi ilə əlaqədar olaraq tez-tez bölgələrə, xüsusilə Lənkərana gedir. Hər dəfə bu obyektlər göz dağı kimi vəkil dostumun gözlərinə dikilir.

Mən jurnalist fəaliyyətim dövründə ən müxtəlif məsələlərlə bağlı büdcə oğurluğu haqda xəbər yazmışam. İlk dəfədir tualet adı ilə silinən pullardan yazmağa məcbur oldum. Allah betərindən saxlasın! Əminəm ki, bir gün bu obyektləri tikənlər özünü saxlaya bilməyib elə həmin ayaqyoluların ətrafında altını batıracaq.

Özləri bilər. Amma ətrafı pis qoxu bürüyəcək...

Elnur Məmmədli







Xəbər 3910 dəfə oxunub.




10.03.2025  10:42 

Samarada Neft Emalı Zavodu vuruldu

09.03.2025  17:40 

Leyla və Arzu Əliyevalar sərgidə

09.03.2025  17:35 

DİN vətəndaşlara müraciət edib

09.03.2025  11:33 

Rafael Qetjiyə yenə məğlub oldu

09.03.2025  10:26 

Fuad Ələsgərov niyə görünmür?

09.03.2025  10:17 

Sabah iş günü olacaq?

09.03.2025  01:12 

Qarabağın oyununda dava -VİDEO

08.03.2025  14:52 

Donetskdə matəm elan edildi


BÜTÜN XƏBƏRLƏR +