Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub


12.12.2024  22:11 

Şeyx Əbdüldən jurnalistə: Dilənçi çörəyi ilə böyümüsən





A+  A-

Tarixi çox qədim və zəngin olan, müqəddəslər, övliyalar məskəni sayılan bir yurda “yolçu-dilənçi” demək elə özünün dilənçi çörəyi ilə böyüdüyündən xəbər verir

Xəzərnews.az xəbər verir ki, bu sözləri Kult.az-a açıqlamasında xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov jurnalist Aygün Muradxanlının “Mərəzə yolçusu” ifadəsini işlətməsinə cavab olaraq deyib.

Xalq artisti bildirib ki, bu sözü işlədən bir şəxs ziyalı, jurnalist ola bilməz, çünki düşüncəsi şikəstdir:

“Diri Baba, dərvişlər, xəlvətilər, sufilər və yüzlərlə övliyalar məskəni olan bir yurdu – Azərbaycanın ən qədim tarixi məkanlarından birini, Azərbaycan elminə, siyasətinə, mədəniyyətinə, ədəbiyyatına misilsiz töhfələr bəxş edən torpağı, orda yaşayan onminlərlə insanın izzəti-nəfsinə toxunaraq, “yolçu-dilənçi” kimi “yad” edirsə, həmin adamın ağılla bağlı ciddi problemi var. “Mərəzə” adı sonradan yaranıb, baxmayaraq ki, bu adın da tarixi bir neçə yüz ilə dayanır. Efirdən millətə ağıl verən, dərs keçən adam xalqının, vətəninin tarixini bilməli, sözlərinə diqqət etməlidir. Əgər bir insanın intellekti, savadı yoxdursa, tarixi bilmirsə, jurnalist adını ləkələməsin. Mən hələ onu demirəm ki, bu, ayrı-seçkilikdir və hüquqi məsuliyyət doğurur”.

Xalq artisti Aygün Muradxanlıya təhqir etdiyi yeri və insanları tanımağı tövsiyə edib:

“Bakının 70-80 kilometrliyindədir, uzaq deyil, getsin, orada hansı tarix və mədəniyyət yatdığını kor gözü ilə görsün, gəlib üzr istəsin. Mən həmin jurnalistin ünvanına təhqiramiz sözlər deməyəcəm, çünki yaşım, əxlaqım buna imkan vermir. Ancaq tövsiyə edərdim ki, üzr istəsin, öz xalqını aşağıladığı üçün peşmanlığını dilə gətirsin”.

Xəbər 3738 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +