Axtarışa olan 7 şəxs Azərbaycana ekstradisiya edilib
Naxçıvanın statusu ləğv edilə bilər?
Trampın məqsədini... - Pit Heqset açıqladı
Bu mərkəzin işçiləri 3 aydır maaş ala bilmir
Prezident Dövlət Agentliyinə sədr təyin etdi
Antiterror Mərkəzinin rəhbəri saxlanıldı
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir?
Həbsxanadan-cəbhəyə, sonra da torpağın altına...
Azərbaycanlı xanım ETTELAAT-a çağırıldı
AFFA “Kəpəz” klubunu cərimələyib


15.08.2024  10:34 

Deputat yataq otağından video paylaşdı - Şok görüntülər





A+  A-

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq davam edir. Hazırda 125 dairədə 1000-dən artıq namizəd təbliğat kampaniyası aparır.

Xəzərnews.az Yenisabah.az-a istinadla xəbər verir ki, deputat mandatı uğrunda mübarizə aparan namizədlərin arasında Milli Məclisin indiki üzvləri də var. Deputat olduqları üçün rəqibləri ilə müqayisədə daha çox tanınan bu şəxslərin davranışları da maraqla qarşılanır.

Qeyd edək ki, namizədliyini növbəti dəfə 81 saylı İmişli seçki dairəsindən irəli sürən Razi Nurullayev rəqibləri ilə müqayisədə xüsusi fəallığı ilə seçilir. O, tez-tez namizəd olduğu dairənin ərazisində yerləşən kəndlərə baş çəkir, sakinlərlə görüşür, onların qayğıları ilə maraqlanır.

Deputat sağlamlığının qeydinə qalmağı da unutmur, çoxsaylı görüşlərin arasında idmana da vaxt ayırır. O, ötən gün yataq otağında idman hərəkətləri ilə məşğul olarkən çəkilmiş görüntüləri paylaşıb.

Əvvəlki videogörüntülərdən fərqli olaraq, Razi Nurullayevin bu davranışı birmənalı qarşılanmayıb. Məlum videogörüntülər dərhal sosial şəbəkələrdə paylaşılaraq, qızğın müzakirə olunub. Sosial şəbəkə istifadəçiləri deputatı ifrat səmimiyyətdə günahlandırıblar. Məlum videogörüntülərin altına “Görün, kimlərin ümidinə qalmışıq. Bundan deputat olar?”, “Ölmədik deputatı yataqda da gördük”, “Şükür kərəminə, Ya Rəbb”, “Üzündə bir qram da nur yoxdur” məzmunlu şərhlər yazıblar.



Xəbər 4699 dəfə oxunub.




12.02.2025  18:38 

Bu quruma agentlik statusu verildi

12.02.2025  15:24 

Narkoloji Dispanserdə ölüm


BÜTÜN XƏBƏRLƏR +