Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


19.11.2019  10:08 

Bir evdən 3 dəfə oğurluq edən dəstə tutuldu





A+  A-

Abşeron rayonu ərazisindəki evlərin birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, naməlum şəxslər mənzilə daxil olaraq oradan 59.550 manat dəyərində geyim və məişət əşyaları oğurlayıblar. Zərərçəkənlər polisə hadisə barədə məlumat verən kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Masazır qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar – Bəxtiyar Aslanov, Qara Məmmədov və Elmir Bəndəliyev saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri müxtəlif vaxtlarda qeyd edilən evə oğurluq məqsədi ilə 3 dəfə daxil olublar. Həmin mənzildən 3-cü dəfə oğurluğa isə dəstənin digər üzvü Bəxtiyar Aslanov tək daxil olub. O, sonuncu dəfə evdə olan divan və kresloları oğurlayaraq satıb.

Qeyd edək ki, saxlanılan şəxslərin oğurladıqları məişət və geyim əşyaların bir qismi polislər tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin Abşeron rayonu və digər ərazilərdə oğurluqlarda iştirak edib-etmədikləri istintaq araşdırmalarından sonra məlum olacaq.

Xəbər 1456 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +