“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


23.12.2023  10:11 

Kənd Təsərrüfatı Nazirliyi 150 min avronu necə “yeyib“?





A+  A-

“Hansısa ölkəyə at ixrac etmək üçün Atçılıq Federasiyasından icazə almaq lazımdır. Hər bir ölkədən at gətirmək üçün gedib Federasiyaya pul ödəməlisən. Niyə? Normalda xaricdən at almaq istəyirsinizsə, baytarlığa getməlisiz. Ancaq bizdə başqa sistemdir. Görürsən ki, qarşına hardansa gözəgörünməz bir qüvvə çıxır və problem yaradır”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Bakupost.az -a müsahibəsində "Ağdam Atçılıq Zavodu-S" MMC-nın direktoru Yaşar Quluzadə deyib.

O bildirib ki, belə hallarda at almaq istəyən şəxs çıxılmaz vəziyyətdə qalır və adam axtarmağa başlayır:

"Azərbaycanda adam axtarmaq işini qurtarmaq lazımdır. Çox yerlərdə bu gün bunlar qurtarıb, bitib. Çünki günün, dünyanın tələbi budur. Amma atçılıqda bu, hələ də var. Ona görə də bu sahə inkişaf etməyəcək. Atçılığın inkişaf etməsi üçün bu sahə Kənd Təsərrüfatı Nazirliyindən ayrılmalıdır. Çünki Kənd Təsərrüfatı Nazirliyinində bir nəfər də olsun, mütəxəssis yoxdur. Yalandır, boşdur, heç nə yoxdur. Kənd Təsərrüfatı Nazirliyinin bir komissiyası çıxarıb göstərsin ki, mənin komissiyamda 6 nəfərdən ibarət mütəxəssis var. Bu mütəxəssilər hər il Qarabağ atlarını və ya Dilbozu baletirə edir. Yoxdur. Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq şöbəsi var idi. 150 min avro məbləğində qrant da aldılar ki, biz Dilbozun genini tapıb onu bərpa edəcəyik. Ortada nə pul var, nə adam, nə də Dilboz? Bəs bu pul hara getdi. Bunu soruşmaq lazımdır".

Xəbər 1589 dəfə oxunub.




23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +