“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


08.12.2023  15:20 

“Trendyol” Azərbaycan üçün bu güzəştləri ləğv etdi





A+  A-

Cari ilin iyun ayında Azərbaycanla müqavilə imzalanyan “Trendyol” platforması ölkəmiz üçün aktivləşdi və artıq trendyol.com saytından sifariş edilən məhsullar birbaşa Azərbaycana çatdırılırdı.

Bu zaman müştərilərə ilk sifariş zamanı 200 tl endirim + karqo pulsuz xidməti təklif edilirdi ki, bu da azərbaycanlı müştəriləri daha çox cəlb edən kampaniyalardan biri idi. Belə ki, “Trendyol”dan ilk sifarişə 40% (200 TL) endirim və pulsuz çatdırılma mövcud idi, 2-ci sifarişdə 30% endirim, 3-cü sifarişdə isə 20% əlavə endirim əldə etmək mümkün olurdu.

Şirkət bu kampaniyanın 2024-cü ilin iyun ayına qədər davam edəcəyini vəd etsə də, bir neçə gün öncə sözügedən kampaniya dayandırıldı.

Bəs görəsən, belə olan halda, “Trendyol” Azərbaycandakı müştərilərini itirə bilərmi?

Xəzərnews.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, şirkətlərin bu tip cəlbedici kampaniyalarının müəyyən məqsədi olur.

Ekspert hesab edir ki, sözügedən kampaniyanın ləğv edilməsi ilə “Trendyol” Azərbaycandakı müştərilərinin böyük qismini itirmə təhlükəsi ilə üz-üzə deyil:

“Bu, şirkətin özünün müxtəlif cəlbetmə kampaniyalarından biri idi. Buna şirkət özü qərar verir, istəsə, endirim kampaniyası edir, istəməzsə, kampaniyanı ləğv edir və buna görə heç kim şirkəti məcbur edə bilməz. Şirkətin kommersiya və ya maliyyə direktoru bu tip kampaniyaların edilib-edilməməsinə qərar verir.

Bu qərarla şirkətin Azərbaycandakı müştərilərini itirib-itirməyəcəyini bilmək üçün bir qədər vaxt keçməlidir. Ümumi şəkildə “Trendyol”a alternativ yoxdur, insanlar oradan almayıb haradan alacaqlar? Güman etmirəm ki, “Trendyol”un hər hansı kampaniyanı dayandırması ciddi şəkildə müştəri itkisinə gətirib çıxarsın. Yəqin ki, şirkətin özündə də bunu analiz edib addım atıblar”.

X.Kərimlinin sözlərinə görə, şirkətlər qarşılarına qoyduqları hədəfə nail olduqdan sonra kampaniyanı dayandırırlar:

“Ola bilər ki, şirkət nəzərdə tutduğu satış həcminə artıq çatıb və əlavə olaraq satışın stimullaşdırılması tədbirinə ehtiyac yoxdur. Biz şirkətin daxilində, idarəetməsində olmadığımız üçün bu barədə dəqiq söz söyləmək olmur. Kampaniya hansı məqsədlə keçirildiyi, bununla nə qədər müştəri cəlb etmək nəzərdə tutulduğu barədə əlimizdə informasiya yoxdur.

Bu cür tədbirlər könüllü xarakterlidir, eyni zamanda, satışın qısamüddətli stimullaşdırılmasına, şirkətin tanınmasına xidmət edir. Onlar Azərbaycan üçün satışın daha çox stimullaşdırılmasını hədəfləyirdilər. Görünür, şirkət artıq hədəflərinə nail olub və kampaniyanın davam etdirilməsini məqsədəuyğun hesab etmirlər.

Əgər insanlar narazı olsalar, şirkətdən alış-verişi dayandıracaq, bu zaman “Trendyol” məcbur olub Azərbaycan üçün yenidən bu tipli kampaniyalar təklif edə bilər”.

Xəbər 1963 dəfə oxunub.




23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +