“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


25.06.2022  18:04 

“İsmayıllının Zəfər şəhidləri” adlı kitabın təqdimatı olub





A+  A-

İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzində yazıçı-jurnalist Yusif Məhəmmədoğlunun “İsmayıllının Zəfər şəhidləri” adlı kitabının təqdimat mərasimi keçirilib.

XəzərNews.az xəbər verir ki, təqdimat mərasimində RİH-in əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanı ziyarət olunaraq gül dəstələri qoyulub. Daha sonra ərazilərimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən şəhid ailələri kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlıqlarını bildirib, “İsmayıllının Zəfər şəhidləri” kitabının gələcək nəslin vətənpərvərlik ruhunda böyüməsində əhəmiyyəti olduğunu vurğulayıblar.

Kitabın müəllifi Yusif Məhəmmədoğlu bildirib ki, “İsmayıllının Zəfər şəhidləri” kitabında 44 günlük Vətən müharibəsində canlarını ölkəmizin ərazi bütövlüyü uğrunda fəda etmiş İsmayıllı şəhidlərindən, onların keçdiyi şərəfli döyüş yolundan və qəhrəmanlıqlarından bəhs edilib.

Tədbir “Niyal” instrumental ansamblının konsert proqramı və məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlərlə davam edib.

Xəbər 1528 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +