“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


12.01.2021  12:42 

Müharibədən qayıdıb itkin düşən gəncin meyiti tapıldı





A+  A-

Vətən Müharibəsindən qayıtdıqdan sonra tərxis edildiyi gün, dekabrın 31-də itkin düşən Kamal Süleymanovun meyiti tapılıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, K.Süleymanov yanvarın 11-də günorta saatlarında Abşeron rayonunda yerləşən evlərdən birində dəm qazından boğulub.

Onunla birlikdə həmin evdə olan 23 yaşlı Günel Tağıyevanın və onun 1 yaşı tamam olmamış övladı da boğularaq ölüb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, 25 yaşlı K.Süleymanov müharibənin ilk günündən səfərbərliyə çağırılaraq Füzuli uğrunda döyüşlərdə iştirak edib. Daha sonra isə onları Abşeron rayonunda yerləşən hərbi hissəyə gətiriblər. Ailə üzvləri həmin vaxt hərbi hissəyə gedərək Kamalla görüşüblər.

Dekabrın 31-i isə ailənin digər üzvləri ilə danışaraq evə gəlib anasına sürpriz edəcəyini deyib. Buna görə də onu qarşılamağa getməyiblər. Əsgər yoldaşları da onun tərxis olunaraq hərbi hissəni tərk etdiyini təsdiqləyiblər. Həmin gün Kamalın üzərində olan mobil nömrəyə zəng edəndə bir neçə dəfə zəng çalsa da, cavab verən olmayıb, daha sonra isə telefonuna zəng çatmayıb.

K.Süleymanov ailənin müraciəti əsasında itkin kimi axtarışda olub.

Xəbər 2327 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +