“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


18.02.2020  14:52 

“Gilan Holdinq”in şirkətinin bank hesabına həbs qoyulubmuş





A+  A-

“Gilan Holdinq”ə daxil olan şirkətlərdən biri “Gilan Orchards” Məhdud Məsuliyyətli Cəmiyyətinin borca görə bank hesabına həbs qoyulubmuş.
XəzərNews.az-ın verdiyi xəbərə görə, “MET-AK” MMC Bakı Kommersiya Məhkəməsinə müraciətində “Gilan Orchards”ın ona 131 511 manat borcu olduğunu bildirib və həmin məbləğin şirkətdən tutularaq onlara ödənilməsini xahiş edib. Məhkəmənin qərarı ilə 2019-cu il sentyabrın 17-də “Gilan Orchards”ın “AFB Bank”dakı hesabına həbs qoyulub.

Məhkəmə prosesinin yekununa yaxın tərəflər öz aralarında razılığa gəliblər və barışıq sazişi imzalayıblar. Bundan sonra “MET-AK” məhkəməyə müraciət edərək “Gilan Orchards”ın bank hesabı üzərinə qoyulan həbsin götürülməsini xahiş edib. Sazişə görə, “Gilan Orchards” 59 655 manatlıq alqı-satqı etdiyini etiraf edib və bu məbləği 2020-ci il 1mart tarixinə qədər ödəyəcəyini öhdəsinə götürüb.

Fevralın 11-də keçirilən məhkəmə prosesində “Gilan Orchards”ın bank hesabına qoyulan həbs qərarı ləğv edilib.

Qeyd edək ki, “Gilan Orchards” kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir, daha çox sitrus meyvələrinin yetişdirilməsi ilə məşğuldur.

Xəbər 1831 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +